Generallar şəhid polislərin dəfnində - FOTOLAR

Qəhrəmancasına həlak olmuş polsilərin dəfn mərasimində Azərbaycan Dövlətinin himni səsləndirilib, üç dəfə yaylım atəşi açılıb.  

* * * 

Dəfn mərasiminə Daxili işlər naziri Ramil Usubov, , Müdafiə naziri Zakir Həsənov, Milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, Baş prokuror Zakir Qaralov da qatılıblar.

* * *

Yaxın dəqiqələrdə Bakıda II Fəxri Xiyabanda dünən Nardaranda terrorçularla baş vermiş qarşıdurma zamanı həlak olmuş polis mayoru Vüqar Nəsibov və İsmayıl Tağıyevin dəfn mərasimi keçiriləcək.

Trend-in dəfn mərasimində iştirak edən əməkdaşının verdiyi məlumata görə, mərhumları son mənzilə yola salmaq üçün çox sayda ictimai xadim, hüquq-mühafizə orqanlarının əməkdaşları, vətəndaş toplaşıb.

Daxili işlər naziri Ramil Usubovun da dəfndə iştirakı gözlənilir.

Dəfn mərasimində Baş Prokurorun birinci müavini Rüstəm Usubov, DİN Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, DİN Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov, Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev iştirak edir.

Böyütmək üçün şəkillərə klikləyin:

[gallery columns="5" size="medium" ids="173371,173372,173373,173374,173375,173431,173432,173433,173434,173435,173436,173437,173438,173439,173440,173441,173442,173443,173444,173445,173446,173447,173448,173449,173450,173451,173452,173453"]

* * *

Bakıdakı ikinci Fəxri xiyabanda noyabrın 26-da Nardaranda şəhid olan polislərin dəfninə hazırlıq gedir. “Report”un xəbərinə görə, polislər – Vüqar Nəsibov və İsmayıl Tağıyev bir qədər sonra dəfn ediləcək.

V.Nəsibov 40, İ.Tağıyev 38 yaşında şəhid olub.

Allah rəhmət eləsin!

Qeyd edək ki, noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis şəhid olub, polislərə müqavimət göstərən 4 nəfər zərərsizləşdirilib, 14 nəfər saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar