Ukrayna prezidentinin Azərbaycana rəsmi səfərinin vaxtı dəqiqləşdirilir

Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana rəsmi səfərinin tarixi dəqiqləşdirilir.

Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, Azərbaycan və Ukrayna dövlət başçıları arasında noyabrın 13-də baş tutan telefon danışığı zamanı İlham Əliyev Pyotr Poroşenkonu Azərbaycana rəsmi səfərə dəvət edib.

Səfirliyin mətbuat xidmətindən o da deyilib ki, səfərdən əvvəl Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasının iclası nəzərdə tutulub: “Məhz hökumətlərarası komissiyanın toplantısı zamanı Ukrayna prezident Pyotr Poroşenkonun səfərinin dəqiq tarixi bilinəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar