Azərbaycan OPEC-in iclasında iştirakdan imtina etdi

Azərbaycan OPEC-in növbəti iclasında iştirak etməyəcək.

"APA-Economics"in məlumatına görə, bunu bu gün keçirdiyi brifinqdə energetika naziri Natiq Əliyev deyib.

N. Əliyev deyib ki, Azərbaycan bir neçə dəfə OPEC-in iclaslarında iştirak edib: "Mən OPEC-in iclaslarında iştirak etməkdə bir məna görmürəm. Orada nə bizi dinləyən var, nə də ki, hansısa qərarlara təsirimiz var. Sonda neft hasilatı kvotasının artırılıb-artırılmayacağı ilə bağlı qərar açıqlanır. Ona görə bu iclaslarda iştiraka böyük əhəmiyyət vermirəm. Orada hər hansı sensasiyalı qərar qəbul olunacağını da gözləmirəm".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar