Rusiya ​Suriyanı bombalayır: 5 dinc sakin ölüb, 10 nəfər yaralanıb

İdlib əyalətinin Maarat əl-Numan qəsəbəsi bombalanıb

Rusiyanın döyüş təyyarələrinin Türkiyənin Hatay əyalətinin Reyhanlı bölgəsi ilə həmsərhəd olan Suriyanın İdlib əyalətinin Maarat əl-Numan qəsəbəsini bombalaması nəticəsində 5 dinc sakin həyatını itirib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Rusiya qəsəbəyə iki raket atıb. Bombalanma nəticəsində yaşayış binası uçub. Sakinlər uçqunun altından 5 dinc sakinin meyitini, 10 yaralını çıxarıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar