Azərbaycanda istiliyin verilişi sabaha qaldı - Yenilənib

 “Azəristiliktəchizat” ASC-nin Abonentlərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev Trend-ə bildirib ki, qazanxanalara qazın verilişinin bərpa edilməsi ilə əlaqədar olaraq, ASC gücləndirilmiş iş rejiminə keçib: “Gecə saatları ərzində bütün şəhər və regional qazanxanaları hazır vəziyyətə gətirəcəyik. Fikrimcə, sabahdan etibarən istiliyin verilməsi tam bərpa ediləcək”.

Onun sözlərinə görə, ASC “Azəriqaz” İB-yə borcun ödənişi ilə bağlı razılığa gələ bilib: “Borcu imkan olduqca ödəməyə çalışacağıq. Hökumət də borcun ödənişinə görə kömək edəcək”.

R.Əliyev əlavə edib ki, Azərbaycanda istilik tariflərinin olduqca aşağı olmasına görə belə iri həcmdə borc yaranıb: “Azərbaycanda istilik tarifləri olduqca aşağıdır, buna görə də xərclərimizi çıxarda bilmirik. Lakin, eyni zamanda tariflərin artırılmasını nəzərdən keçirmirik”.

* * * 

Azərbaycan Respublikası Hökumətinin müvafiq göstərişinə əsasən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında yaranmış borc məsələsi həllini tapıb.

Modern.az saytı xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətindən bildirilib.

Bununla əlaqədar “Azəriqaz” İB tərəfindən bu günün sonuna qədər “Azəristiliktəchizat” ASC-nin bütün qazanxanalarına qazın buraxılışı haqqında tapşırıq verilib.

Xatırladaq ki, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azəriqaz” İstehsalat Birliyinə olan 3 milyon manat borcunu ödəməməsi səbəbindən vətəndaşlar evlərdə, şagirdlər məktəbdə, azyaşlı uşaqlar bağçalarda istiliksiz qalmışdılar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar