Rusiyalı deputat Azərbaycanı işğal etməyə çağırdı – VİDEO

“Bu ərazi bizim vətənimizin, bizim millətimizin ərazisidir”.

Rusiya Dövlət Dumasının iqtidar “Vahid Rusiya” partiyasının deputatı Yevgeni Fedorov bəyan edib ki, onun ölkəsinin planlarına 1945-ci ildə olan sərhədlərin bərpa edilməsi daxildir.

Parlamentari ehtimal edir ki, SSRİ-nin, onun fikrincə isə “Rusiyanın” süqutuna dair 1991-ci ildə qəbul edilmiş bütün qərarlar qanunsuzdur.

Fedorov bəyan edib ki, Ukraynaya qarşı Donetsk və Luqansk vilayətlərində təcavüz bu məsələnin həlli texnologiyasıdır. O, həmçinin qeyd edib ki, bu fikri bir çox digər Rusiya siyasətçiləri dəstəkləyir.

Deputat həmçinin bildirib ki, Rusiyanı Suriyadakı hərbi əməliyyatlara hazırlamaqdansa, keçmiş SSRİ xalqlarına qarşı müharibəyə hazırlamaq daha asan olacaq.

Sovet İttifaqının bütün ərazisi isə beynəlxalq hüquqa görə, bizim vətənimizin, millətimizin ərazisidir. Və bu sərhədləri geri qaytarmalıyıq. Biz bunu etməli olacağıq”, - o deyib.

Bununla yanaşı deputat ehtimal edir ki, bunu NATO ilə (Baltikyanı dövlətlər Şimali atlantika alyansına daxildirlər – red.) qarşıdurmadan qaçınaraq etmək olar.

Bundan başqa, rusiyalı siyasətçi əmindir ki, Qərb ilə münasibətlərin getdikcə pisləşməsinə və sanksiyalara baxmadan əvvəlki sərhədləri qaytarmaq vacibdir.

“Bizim dözməyə səbəbimiz olmalıdır - həm şəxsi, həm bəşəri, həm sosial, həm də ümumiyyətlə, bütün hallarda. Bax, budur birləşdirici amil. Hansı amil? Rus dövlətinin tarixi sərhədlərinin bərpa edilməsi.

Bax, bizi, dövlətimizin bütün əhalisi və millətimizi son 1,5 ildə birləşdirən məqsəd budur. Hamını. Bu, bizə birləşməyə imkan verəcək yeganə məqsəddir. Və yük maşınlarının sürücüləri də, yaşam şəraiti çətinləşən pensiyaçılar da, aşağı maaş alan insanlar da birləşməlidir”, siyasətçi deyib.

Bununla yanaşı Fedorov bəyan edib ki, digər dövlətlərə hücum – bu, təcavüz deyil, “bərpaedici-müdafiə” prosesidir.

“Budur bizim bərpa və müdafiə - 1945-1991-ci il sərhədləri”, - rusiyalı siyasətçi sözünü yekunlaşdırıb. /oxu.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar