Nazir əlillərə maşın payladı - (FOTOLAR)

1997-ci ildən bu vaxta qədər 5 mindən çox mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın bir neçə gün ərzində respublikanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 180 ədəd “NAZ Lifan” markalı minik avtomobilinin müharibə əlillərinə verilməsi nəzərdə tutulur. “Qafqazinfo” xəbər verir ki, avtomobillərdən 40 ədədi sentyabrın 18-də Bakıda, Nazirliyin inzibati binasının həyətində müharibə əlillərinə təqdim olunub.

Tədbir iştirakçıları ilk öncə Nazirliyin inzibati binasının foyesində Heydər Əliyevin büstü qarşısına gül-çiçək dəstələri qoyublar. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov yeni minik avtomobili alan əlilləri bu münasibətlə təbrik edərək onlara xoş arzularını bildirib. Son on ilin ölkəmizdə bütün sahələrdə olduğu kimi, əhalinin sosial müdafiəsi sahəsində də sürətli tərəqqi mərhələsinə çevrildiyini konkret göstəricilər əsasında diqqətə çatdıran nazir Fizuli Ələkbərov respublikanın dinamik sosial-iqtisadi inkişafı şəraitində əlilliyi olan insanların dövlət hesabına mənzil və minik avtomobilləri, müxtəlif reabilitasiya vasitələri ilə təminatı sahəsində işlərin də ilbəil gücləndiyini deyib.

Tədbirdə qeyd olunub ki, son on ildə respublikanın müxtəlif bölgələrində 4 mindən çox, ümumilikdə, 1997-ci ildən bu vaxta qədər 5 mindən çox mənzil inşa etdirilərək Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlara və şəhid ailələrinə verilib. 2003-2013-cü illərdə müharibə əlillərinə 2800-dən çox, 1998-ci ildən bu vaxta qədər isə 3800-dən artıq minik avtomobili təqdim olunub.

1998-2008-ci illərdə müharibə əlillərinə verilən “OKA” markalı minik avtomobillərini ölkənin dinamik inkişafının daha bir göstəricisi olaraq, 2009-2010-cu illərdə “SLAVUTA” markalı, 2011-ci ildən etibarən isə rahatlığı və zahiri görünüşü ilə onlardan daha üstün olan “NAZ Lifan” markalı avtomobillər əvəz etməyə başlayıb.

Tədbirdə minik avtomobili ilə təmin olunan əlillər ürək sözlərini bildirərək, onlara göstərilən diqqət və qayğıya görə möhtərəm dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar