"Polis kəndə girə bilməz" - Nardaran sakinləri

Kəndin girişində yerli sakinlər tərəfindən iki barikada qurulub.

"Nardaran əhalisi hələ də kəndin mərkəzi hissəsindən ayrılmayıb. Kəndin girişində isə yerli sakinlər tərəfindən iki barikada qurulub. Sakinlər polisin kəndə girməməsi barədə fikirlər səsləndirir".

Bu barədə ans press-ə hadisə yerində olan müxbirimiz məlumat verib. Onun sözlərinə görə, kənd sakinlərinin qurduğu barikadalardan başqa bir də polisin qurduğu post varki, orada da insanlar və avtomobillər çox ciddi şəkildə yoxlanılaraq kəndə buraxılır:

"Sakinlər iddia edirlər ki, onların bəzi hüquqları pozulub. Qurulan barikaların birincisi daşdan, ikincisi isə təkərlərdən ibarətdir. Sakinlər deyiblər ki, kənd ağsaqqalları öldürülən həmyerlilərini gətirmək üçün morqa gediblər. Meyitlər verildikdən sonra hansısa danışıqlar baş tuta bilər".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar