"Boğaza bir bomba atırıq, su yüksəlir və İstanbul məhv olur" - Jirinovski

"İstanbulu məhv etmək çox asandır. Boğaza bir nüvə bombası atmaq yetərlidir". Anspress-in məlumatına görə, bunu Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskideyib.

Sensasison bəyanatları ilə tez-tez gündəmə gələn Jirinovski Türkiyəni nüvə raketi ilə hədələyib. "Qovorit Moskva" (Danışır Moskva) radiosuna açıqlama verən rusiyalı deputat deyib ki, bu zərbə dəhşətli daşqına səbəb olacaq. Suyun səviyyəsi 10-15 metr qalxacaq və şəhər olmayacaq. Orada 9 milyon adam yaşayır".

O, deyib ki, Türkiyənin NATO mütəffiqləri buna qarışmayacaqlar. "Onlar nüvə alovunda ölmək istəməyəcəklər".

Jirinovski hazırda Türkiyənin Rusiyanın bir nömrəli düşməni olduğunu deyib.

Deputat hesab edir ki, indi Türkiyə rəhbərliyi, baş nazir, prezident, o cümlədən baş qərargah qəzəblidirlər. "Onlar nə baş verəcəyini bilmirlər. Onların yerində mən olsaydım Türkiyəyə sarsıdıcı zərbədən qorxardım".

jirinovski Vladimir Jirinovski

Ötən gün isə Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov sərhəddi pozduğu üçün vurulan "Su-24" hərbi təyyarəsinin əvəzində Türkiyəni Ayasofiya muzeyini istəmişdi. O, Türkiyənin dostyana addım ataraq Ayasofiyanı Ortodoks Kilsəsinə qaytarmasını gözlədiyini demişdi. Onun sözlərinə görə, bu addım İslam və Türkiyənin yüksək siyasi pillədəkilərin xoş niyyətini göstərə bilər.

Ayasofya

kləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar