​Qızıl kəskin ucuzlaşıb

Bu gün dünya bazarında qızılın qiyməti sərt azalaraq 1 055 dollar/unsiyaya geriləyib. "Report" xəbər verir ki, azalma Hindistan və Çindən gələn mənfi xəbərlərlə bağlı olub. Belə ki, Çində qızıl idxalı sentyabr ayındakı maksimal səviyyədən azalmağa başlayıb. Hindistanda isə quru hava şəraiti səbəbindən fermerlərin gəlirlərinin azalması qızıla tələbatı kəskin azaldıb. Analitiklər Hindistanda qızıla olan tələbatın 2015-ci ilin IV rübündə son 8 ilin minimal səviyyəsinə enəcəyini proqnozlaşdırırlar.

Bu gün səhər saatlarında 1 072 dollar/unsiyaya satılan qızıl hazırda 1,5% ucuzlaşaraq 1 055 dollar/unsiyaya satılır. "Report"un analitik qrupu qızılın qiymətinin ilin sonuna qədər 1 000 dollar/unsiyadan aşağı düşəcəyini proqnozlaşdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar