Rusiya ermənisindən Qarabağ etirafı

“Rossiya 1” kanalının efirində yayımlanan “Vladimir Solovyovla bu axşam” verilişinin növbəti buraxılışı Türkiyənin Rusiyaya məxsus qırıcını vurmasına həsr edilib. Axar.az xəbər verir ki, müzakirələrdə iştirak edən erməni millətçi, Rusiya Dövlət Dumasının üzvü Semyon Baqdasaryan İŞİD-ə qarşı beynəlxalq koalisiya yaradılması məsələsi müzakirə olunan zaman KTMT-nin Suriya böhranında Moskvaya kömək edə biləcəyini bildirib.

Baqdasaryan suriyalı döyüşçülərin Qarabağın işğalı zamanı ermənilərə kömək etdiyini etiraf edib. O, erməniləri bunun qarşılığını ödəməyə çağırıb.

Azərbaycanın hüquq mühafizə orqanları dəfələrlə Qarabağ müharibəsi zamanı xarici döyüşçülərin ermənilərə kömək etdiyini açıqlayıb. Baqdasaryanın bu sözləri rəsmi Bakının açıqlamalarını təsdiqləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar