"Rusiya istehsalçılarına daha çox ziyan dəyəcək" - Türkiyəli nazir Kremlin cavabın verdi

"Rusiya Türkiyədən ildə 1,27 milyard dollarlıq, Türkiyə isə Rusiyadan bu müddətdə 2,85 milyard dollarlıq məhsul idxal edir"."Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı naziri Faruk Çelik bildirib.

"İki ölkə arasındakı mövcud böhran iqtisadi sahəyə toxunmamalıdır. Rusiya ilə kənd təsərrüfatı sahəsində çox ciddi ticarət əlaqəmiz var. Böhrandan çıxış yolu axtarılan zaman iqtisadi sahəyə toxunmağa ehtiyac yoxdur. Çünki bu, həm Rusiya, həm də Türkiyənin, daha çox rusiyalı istehsalçılara ziyan vurur", - o vurğulayıb.

Nazir səlahiyyətli qurumlar arasında danışıqların aparıldığını söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar