Ərdoğan Putini “odla oynamamağa” çağırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı “odla oynamamağa” çağırıb.Oxu.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti ölkənin şimal-şərqində Bayburt şəhərində çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Fransa prezidenti Fransua Ollandla görüşü zamanı verdiyi bəyanat qəbuledilməzdir. O qeyd edib ki, Türkiyə HHQ Su-24 bombardmançısını vuranda, onun hansı ölkəyə məxsus olduğunu bilmirdi.

Ərdoğan həmçinin İŞİD-in Türkiyədə neft satması barədə məlumatları təkzib edib. Onun sözlərinə görə, əksinə ABŞ-da sübutlar var ki, məhz Rusiya şirkətləri və İŞİD döyüşçüləri Suriya hökümətinə neft satır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar