Türkiyə Suriyada əməliyyatı davam etdirəcək

Türkiyə Suriyada “İslam Dövləti” qrupuna qarşı hava zərbələrini davam etdirəcək.Bu barədə France-Press agentliyi Türkiyənin hökumət nümayəndəsinə istinadla xəbər verir.O Türkiyənin terrorçuluqla mübarizədə beynəlxalq koalisiyaya sadiq qaldığını deyib. Adı çəkilməyən rəsmi deyib ki, bu məsələdə qərarı Türkiyənin özü verir.

Bundan əvvəl Türkiyənin “Hurriyet” qəzetiRusiya ilə Türkiyənin təsadüfi insidentlərdən qaçmaq üçün Suriya sərhəddi yaxınlığında hava əməliyyatlarını dayandırmaları barədə məlumat yayılmışdı.

Türkiyənin noyabrın 24-də Suriya sərhədində Rusiyanın SU-24 təyyarəsini vurması iki ölkə arasında böyük gərginlik yaradıb.

Rusiya buna görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə başlayıb.(azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar