Türkiyə və Rusiya prezidentləri görüşə bilər

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya lideri Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Parisdə keçiriləcək iqlim sammitində görüşə biləcəklərini istisna etməyib.

"Report" xəbər verir ki, bu barədə "Qazeta.ru" məlumat yayıb.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 30-da görüşməyə dair sorğusu barədə Rusiya prezidenti Vladimir Putinə məlumat verilib. Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Bu ərəfədə Türkiyə prezidentinin yaxın ətrafı da iki ölkə prezidentinin Parisdə görüşə biləcəyini istisna etməyib.

Sayca XXI Qlobal İqlim Dəyişikliyi Sammiti noyabrın 30-da Parisin Le-Burje qəsəbəsində işinə başlayacaq. Sammit dekabrın 11-dək davam edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar