MAHMUDOV BAŞ PROKUROR VƏZİFƏSİNƏ KİMİ HAZIRLAYIRDI? - Şok İDDİALAR

Vergilər Nazirliyinin sabiq idarə rəisi Vidadi Məmmədovun Fətulla Gülənin paralel dövlət adlandırılan hörgütü ilə əlaqələri ortaya çıxıb

Vergilər Nazirliyinin bir qrup əməkdaşı nazirlikdə baş verənlərlə bağlı mətbuata, o cümlədən "AzPolitika.info"ya məktub yollayıb. Məktubda həm sabiq mili təhlükəsizlik naziri Eldar Mahmudov, həm də  Vergilər Nazirliyin “rəhbər işçiləri ilə bağlı şok iddialar yer alıb.  Həmin məktubu musavat.com-a istinadən qısa ixtisarla təqdim edirik:“Bir neçə vaxt əvvəl mətbuatda Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində (qısa olaraq VCAD) baş verən çirkin və iyrənc hadisələr barədə məlumatlar verilmişdi. Onlardan bəziləri işçilərin hüquq pozuntuları ilə bağlı olub.

Söhbət VCAD-ın sabiq rəisi Vidadi Məmmədov və Fazil Məmmədovun hazırda müşaviri və həmçinin qayını olan Namiq Quliyevdən gedir. Vidadi Məmmədov VCAD-dan uzaqlaşdırılsa da, faktiki olaraq yenə departamentə nəzarət edir, ona görə ki, onun bir nömrəli adamı və pulyığanı Elmir Şirinov yenə iş başındadır. Vidadi Məmmədovun adamları Tariel Tağıyev, (Vidadi Məmmədovun ikinci ali təhsil aldığı hüquq fakültəsində qrup yoldaşı) şöbə rəisləri Nəriman Məcidov, Miri Bağırov, idarənin rəis müavini Nofəl Əhmədov müstəntiq vəzifəsində işləyirlər. Bu şəxslərin hansı səbəbdən orda qalması bəlli deyil, ona görə ki, ən azından onlar bütün hadisələr barədə məlumatları Vidadi Məmmədova çatdırırlar və onun orada istintaq edilən bütün işlərdən xəbəri var. Onun xəbərdar olması isə çox təhlükəlidir, ümumən sahibkarlar üçün əngəldir.

Onu da bildirək ki, Vidadi Məmmədovun oğlunun qayınatası general Sübair Qurbanov Milli Təhlükəsizlik Nazirliyinin İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi idi və bir neçə gün əvvəl həbs edilib.

Vidadi Məmmədov iş adamlarının dosyelərini general Sübair Qurbanova verirdi və onların sonradan başlarına gələn hadisələr hamıya məlumdur.

Bu, daim belə olub. Sadəcə olaraq, bunu əvvəllər həmin təşkilata hörmət olaraq yazmırdıq. İndi isə vəziyyət dəyişib, ona görə məlumatı çatdırırıq.

Vidadi Məmmədov barədə bir məlumat da var ki, o hətta öz xaricə gediş-gəlişini də sahibkarlar hesabına həyata keçirib. Belə ki, 2015-ci ilin mart ayında Vidadi Məmmədov ailəsi ilə birgə Ankaraya getmiş və orada Vidadi Məmmədov kimi yox, “Vidadi Qoca” adı altında qalıb. Otelin xərclərini isə “Koza” şirkəti ödəyib. “Koza” şirkətinin isə Türkiyədə paralel dövlət adlandırılan hörgütə aid olması hamıya məlumdur.

Həmçinin Vidadi Məmmədovun şirkəti də mövcuddur. Həmin şirkət müxtəlif kompüter avadanlıqları gətirir. Şirkətdə əsasən xaricilər çalışır. Hazırda Vidadi Məmmədovun 30-40 milyon dollar vəsaitinin olduğu bilinir. Bu pullar Vidadi Məmmədov tərəfindən son beş ildə əldə olunub.

Vidadi Məmmədova “krışalığı” isə Fazil Məmmədovun digər yaxın qohumu, hazırda vergilər nazirinin müavini olan Namiq Əliyev edir. Namiq Əliyev açıq-aşkar Vidadi Məmmədova deyirdi ki, o baş prokuror olacaq və onu Vergiyə Nəzarət İdarəsinə rəis qoyacaq. Onda hər şey başqa cür olacaq. Bu, əlbəttə ki, Eldar Mahmudovun planı idi. Eldar Mahmudov heç zaman Zakir Qaralovu istəməyib. Çünki Zakir Qaralov Eldar Mahmudova çox işlərində mane ola bilirdi. Eldar Mahmudov Fazil Məmmədovun yaxın qohumu və müavini Namiq Əliyevlə plan qurmuşdurlar, Eldar Mahmudovun işdən çıxarılması planları pozdu. Bu məsələni ancaq Fazil Məmmədov və ona yaxın çox az sayda adam bilirdi. Məsələ bundadır ki, Zakir Qaralov Vergilər Nazirliyinin hər istədiyi iş adamının cinayətə cəlb olunması üçün sanksiya vermirdi. Ona görə də qərara alınmışdı ki, Zakir Qaralovu devirib yerinə Namiq Əliyevi qoydursunlar.

Bunu Vidadi Məmmədov yaxşı xatırlayır. Həmişə deyirdi ki, mən yığılan pulları nazir müavini Namiq Əliyevə verirəm, o isə pullarla nə edir, mənlik deyil.

Fazil Məmmədovun qaynı və müşaviri olan Namiq Quliyevə gələk. Namiq Quliyev artıq naziri belə vecinə almır. Necə olur ki, Namiq Quliyevin iki kabineti olur? Biri nazirlikdəki əsas binada, digəri isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində. Namiq Quliyev Fazil Məmmədovun müşaviri olmasına baxmayaraq nazirlikdə oturmur. Çox vaxtını Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində keçirir. Çünki əsas pulun yığıldığı yer oradır. Nazir Fazil Məmmədov qaynına demək olar hər həftə deyir ki, gəl nazirlikdə otur. O isə heç naziri də dinləmir. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində özü üçün kabinet açıb və orada oturur. Fazil Məmmədovun qohumları Namiq Quliyev və Namiq Əliyev Vergilər Nazirliyindən sanki xüsusi şirkətləri kimi istifadə edirlər".

Məktubda Vidadi Məmmədovun evində baş vermiş oğurluq haqda da yazılır: “Onun bağbanı tərəfindən 1 milyon nəğd pul aparılıb. Bu barədə, sadəcə olaraq, araşdırma aparılmadı, məsələ gizli saxlanıldı. Ümumiyyətlə, Vidadi Məmmədov eynilə MTN-in üslubunda işləyib. Ona görə ki, Vidadi Məmmədov əvvəllər ”OBXSS" işçisi olmuş Eldar Mahmudovun işçisi olub. Hazırda Vidadi Məmmədovu bir neçə şirkət rəhbəri axtarır. Lakin Vidadi Məmmədov onların telefonlarına cavab vermir. Ona görə ki, həmin şəxslər ona verdikləri pulu göstərilməmiş xidmətə görə geriyə istəyir. Lazım olduqca Vidadi Məmmədov barəsində ətraflı və maraqlı faktlar daim veriləcək".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar