Tofiq Hacıyevin həyat yoldaşı komadan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun mərhum direktoru, akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyeva komadan çıxıb.

Bu barədə APA-ya Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. O bildirib ki, xəstədə ağrı qıcığına qarşı reaksiyalar aktivləşməyə başlayıb.

A.Maqsudov qeyd edib ki, T. Hacıyevanın vəziyyətinin yaxşılaşacağına ümid var.

Qeyd edək ki, dünən səhər saatlarında akademik Tofiq Hacıyev yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb. Həmin vaxt akademikin həyat yoldaşı da dəm qazından zəhərlənib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar