Ukraynalı deputatlar Su-24-ə görə türklərə belə təşəkkür etdi - VİDEO

Ukrayna Ali Radasının deputatları Yuli Mamçur və Aleksey Qonçarenko Rusiyanın Su-24 təyyarəsini vuran türk pilotunu rəmzi olaraq mükafatlandırıblar. Onlar Kiyevdə Türkiyə səfirliyi qarşısında aksiya keçiriblər.

Bu barədə “112” telekanalı məlumat yayıb. Oxu.az lenta-ya istinadən xəbər verir ki, nəfəs alətlərindən ibarət orkestr çoxlarına Böyük Vətən Müharibəsinin təyyarəçilərinə həsr edilmiş “Döyüşə ancaq “qocalar” gedir” filmindən tanış olan “Smuqlyanka” mahnısını ifa edib.

Qonçarenko səfirliyin hasarına aypara ilə beşguşəli qırmızı ulduz bərkidib, bu, pilota verilən mükafatı simvolizə edib.

Aksiyanın təşkilatçıları Türkiyənin Rusiya təyyarəsinə hücumunu ölkənin öz sərhədlərini qorumağa hazır olduğunu göstərdiyini bildiriblər. Bununla yanaşı Qonçarenko Avropa İttifaqını Moskvaya qarşı, onun fikrincə, elə də sərt olmayan siyasətdə ittiham edib.

Türkiyə Hərbi-Hava Qüvvələrinin Su-24-ə hücumunu noyabrın 24-də Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov dəstəkləyib. O, bəyan edib ki, belə vəziyyətdə Ukrayna da analoji şəkildə davranardı.

Turçinovun fikrincə, Türkiyə Hərbi-Hava Qüvvələri və hava əleyhinə müdafiə sistemi peşəkarcasına davranıblar, istənilən sivil ölkələrin müvafiq qüvvələri onun müstəqil məkanını digər dövlətin təyyarələri pozduğu halda belə hərəkət etməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar