Türkiyə Rusiya vətəndaşının cəsədini öz ölkəsinə buraxmır

Türkiyə hakimiyyəti ölmüş Rusiya vətəndaşının cəsədini vətənə aparılmasına icazə vermir.

ANS PRESS-in məlumatına görə, Ufadan gələn Mixail Kuzmin Afinada qızıgildə qonaq olarkən, infarkt keçirib və dünyasını dəyişib. Ölmüş kişinin tabutu basdırılmaq üçün öz vətəninə göndərilib. Amma Afinadan İstanbula kimi gətirilən tabutu İstanbulda saxlayıblar və Türkiyə höküməti Rusiyaya təyyarənin uçmasına icazə verməyib.

Dünyasını dəyişmiş Mixail Kuzminin qızı Olqa Andriyanova bildirib ki, atasının cəsədi səhər artıq Rusiyaya çatdırılmalı idi, amma İstanbulda cəsədi saxlayıblar. Türk hava yolları vasitəsilə uçmalı olan cəsəd hələ də İstanbulda qalıb.

Olqa onu deyib ki, Afinadan İstanbula uçan "Türk hava yolları" təyyarəsinin Ufaya uçmamasının səbəbini hələ də heç kim izah etmir.

Xarici mətbuata verilən məlumata əsasən, hal-hazırda məsələ ilə bağlı Rusiyanın Yunanıstandakı səfirliyi araşdırır. O, Türkiyə səfiri ilə danışıqlar aparır.

Güman olunur ki, təyyarənin Ufaya uçmasına icazənin verməməsi Suriya Türkiyə sərhədindəki hadisə ilə bağlıdır. Belə ki, noyabrın 24-də Türkmən dağı ərazisində Rusiyaya məxsus Su-24 təyyarəsi Türkiyənin F-16 qırıcı təyyarəsi vasitəsilə vurulub. Bu hadisədən sonra iki ölkə arasında münasibətlər gərginləşib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar