Krımda müəssisələr kütləvi şəkildə bağlanır

Rusiyanın ilhaq elədiyi Krımda ilk zəruri məhsullar istehsal eləməyən müəssisələrə, ələlxüsus da tikinti müəssisələrinə elektrik enerjisinə qənaət edilməsi üçün istehsalı ən azı, dekabrın 7-dək dayandırmaq çağırışı edilib.

Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, işıq böhranı ilə əlaqədar sanatoriyalar və pansionatlar da öz fəaliyyətini dayandırır.

Xatırladaq ki, Ukraynadan gələn əsas elektrik xəttinin millətçilər tərəfindən sıradan çıxarılması nəticəsində yarımadaya elektrik enerjisinin verilişi bütünlüklə kəsilib, 2 milyona yazın insan işıqsız qalıb. Az öncə yarımadadakı sanatoriyalar istilik sisteminin işləməməsi səbəbindən bağlandıqlarını elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar