Yaponiya anti-İŞİD koalisiyasına qoşulmaqdan imtina elədi

Yaponiya beynəlxalq anti-İŞİD koalisiyasına qoşulmağa hazırlaşmır. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Rasuxisu Kavamuru bildirib.

“Yaponiya İŞİD-ə qarşı hərbi əməliyyatlar aparan koalisiyada iştirak eləmək niyyətində deyil. Həmçinin, İŞİD-ə qarşı koalisiyaya logistik köməyin, bombardmanların və digər hərbi hərəkətlərin təmin edilməsində dəstək də nəzərdə tutulmur” – qeyd edib XİN rəsmisi.

Bununla belə, XİN sözçüsü əlavə edib ki, Yaponiya qaçqınlara humanitar köməyi əsirgəməyəcək.

Az öncə İŞİD əleyhinə quru əməliyyatlarının aparılması ilə bağlı təklif səslənmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar