Türkiyədəki rus qadınlar Putinə qarşı çıxdı

Türkiyədə ərdə olan rus qadınlar Rusiya ilə münasibətlərdə yaranan gərginliyin səngiməsini istəyir. Antalyada yaşayan 70-dən artıq rus qadın bu ölkədə xöşbəxt olduqlarını və iki ölkə arasında yaranan gərginliyin səngiməsində rol oynamağa hazır olduqlarını deyirlər.

Bu qadınlardan biri, 7 ildir Antalyada Anna Doğanyılmaz müharibə istəmədiklərini deyir.

İki il əvvəl Rusiyadan gələn İrina Uğur Türkiyəni sevdiyini qeyd edir.

Həyat yoldaşı ilə birgə turizm sektorunda çalışan İrina Kiremisti Türkiyəni sevdiyini və gərginliyin səngiməsində bacardığını etməyə hazır olduğunu deyir.

Antalyada rus mədəniyyəti və incəsənəti cəmiyyətinin rəhbəri İrina Baldcı yaxın vaxtda problemin həllini tapacağına ümid edir. Baldcı hətta gərginliyi səngitmək üçün festival keçirməyə hazlr olduqlarını da qeyd edib.

“Türklərin xanımı olduğumuza görə xöşbəxtik. Antalya ikinci vətənimiz oldu. Türk xalqı da bizə çox yaxşı yanaşır. Burda heç bir problemimiz yoxdur”, – deyə o vurğulayıb.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar