Suriyada İranın daha bir generalı öldürüldü

Suriyada müxaliflərə qarşı Əsəd qüvvələrinin tərkibində döyüşən iranlı general öldürülüb.

Azadliq.info bildirir ki, bu haqda İranın “sahebnews” saytı xəbər yayıb. Məlumata görə, “İran İnqilab Gözətçiləri”nin tabor komandiri olan general Abdurrıza Muciyri, Hələbdə suriyalı müxaliflərlə Əsəd qüvvələri arasında baş verən qarşıdurmada öldürülüb.

General Muciyri, İranın Xomeynişəhr şəhərində dəfn olunacaq.

Xatırladaq ki, Suriyada ondan əvvəl İranın daha bir neçə generalı öldürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar