"Təmir gedir..."- Delta telekomun baş direktoru

Noyabrın 16-da Azərbaycan ərazisində internetin çökməsinin səbəbləri araşdırılmaqdadır. Bu hadisəyə səbəb olan bütün fərziyyələr öyrənilir.

ANS-in əməkdaşları ilk dəfə olaraq hadisə rayonunda olublar və ölkəni 5 saat internetsiz qoymuş bu hadisənin necə baş verdiyini Delta Telekomun baş direktoru Ramazan Vəliyevlə eksklüziv söhbətdə aydınlaşdırmağa çalışıblar.

Ramazan Vəliyev bildirib ki, hazırda hadisə baş verən ərazidə yenidənqurma işləri gedir və təzə avadanlıqlar gətirilib. "Bizim bütün yüksək amperajlı kabellər yuxarı hissə ilə gedir. Arxada olan enerji sistemindən (rezervlər) o enerji sistemin üzərindən bizim amperajlı kabel gəlir. Ancaq yanğın hadisəsi yuxarı hissədə törənməyib, sadəcə aşağıda törənən yanğın yuxarı kabelləri zədələyib."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar