ABŞ-dan Rusiyaya çağırış: “İşğalı dayandır”

ABŞ-ın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) daimi nümayəndəsinin müavini Keyt Brayns Rusiyanı Ukraynada təxribatlara, Krımda isə işğala son qoymağa çağırıb.

Axar.az xəbər verir ki, ATƏT-in Daimi Şurasının yığıncağında danışan ABŞ rəsmisi Rusiyanın beynəlxalq hüququ, ATƏT-in prinsip və öhdəliklərini tapdaladığını deyib:“Rusiya və separatçılar hücumları dayandırılmalı, təxribatlara son qoyulmalıdır.

Rusiya daha çox hərbi qüvvələrini cəlb etmək, ağır silahlar toplamaq və hücumlar həyata keçirmək yerinə bütün ağır silahları geri çəkməli, atəşkəsə rejiminə əməl etməli və Minsk razılaşmasını pozmamalıdır. Rusiya Krımın işğalına dərhal son qoymalıdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar