"Rusiyalı pilotun cənazəsi Türkiyəyə gətirilib" - Əhməd Davutoğlu

Noyabrın 24-də Türkiyə-Suriya sərhədində vurulan "Su-24" təyyarəsinin pilotunun cənazəsi Suriyadan Türkiyəyə gətirilib."Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Əhməd Davutoğlu Brusseldə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Oleq Peşkovun cənazəsi Bakı saatı ilə 03.00-da artıq Türkiyənin Hatay vilayətinin ərazisində olub və qısa zamanda Rusiyaya təhvil veriləcək.

Pilotun nəşinin dəfnə hazırlığı xristian din xadimlərinin iştirakı ilə mənsub olduğu dini ənənələrə uyğun olaraq həyata keçirilib.

Davutoğlu bir daha bəyan edib ki, rəsmi Ankara Moskova ilə münasibətlərin gərginləşməsində maraqlı deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar