Türkiyə-Rusiya iqtisadi savaşı: hansı ölkə daha çox ziyan görəcək?

Türkiyə ilə Rusiya arasındakı gərginlik tərəflərin bir-birilərinə qarşı iqtisadi sanksiyalar tətbiq etməsi fonunda davam edir. Baş verənləri ekspertlər iki ölkə arasında iqtisadi savaşın başlanması kimi xarakterizə edirlər.

Bəs bu iqtisadi savaşdan hansı ölkəqalib çıxa bilər?

Məsələ ilə bağlı musavat.com-a iqtisadçı ekspert Natiq Cəfərli danışıb. O, bildirib ki, baş verənlər səbəbindən hər iki tərəfin iqtisadi baxımdan ciddi itkiləri olacaq: “Ticarət balansına baxdıqda görürük ki, bu ilin ilk on ayında iki ölkə arasında 19 milyarda yaxın ticarət dövriyyəsi olub. Bunun 3 milyarda yaxını Türkiyənin satdığı məhsullardırsa, 16 milyarda yaxını isə Rusiyanın məhsullarıdır. Burada əsas enerji daşıyıcılarıdır. Türkiyə, Almaniyadan sonra “Qazprom”dan ən çox qaz alan dövlətdir. Belə ki, Turkiyə bəhs etdiyimiz şirkətdən illik 18 milyard kubmetrə yaxın qaz alır. Əgər Rusiya iqtisadi savaşda israrlı olsa, şübhəsiz ki, Türkiyə gələcəkdə özünün qaz tələbatını digər dövlətlərin hesabına ödəyəcək. O cümlədən, İrandan da qaz ala bilərlər ki, bu da Rusiyaya zərbə olar. İkinci böyük zərbə isə ondan ibarət olar ki, Türkiyədə ümumi dəyəri 20 milyarda yaxın olan “Ağ quyu” atom elektrik stansiyasının və laboratoriyalarının tikintisi nəzərdə tutulurdu. Bunu da rus şirkəti həyata keçirəcəkdi. Bu layihə də ləğv edilərsə, Rusiya iqtisadiyyatına böyük zərbə olacaq”.

Ekspert bildirib ki, Türkiyənin bu savaşdan itirəcəkləri turizm sahəsindədir: “Rusiya hər il önəmli sayda Türkiyəyə turist göndərirdi. Hesablamalara görə, il ərzində həmin turistlər Türkiyəyə 7 milyard qazandırırdı. Əgər turizm sahəsinə olan bu zərbə başqa ölkələr hesabına aradan qaldırılmasa, bəhs etdiyimiz iqtisadi sanksiyalar fonunda Türkiyədə turizim sektoru ən çox zərər çəkən sahə olacaq. Ümumilikdə götürdükdə, hazırkı proseslərdən hər iki tərəf itirəcək. Ancaq Rusiyanın zərərləri daha çox olacaq. Çünki Rusiyanın ən böyük ümidlərindən biri “Türkiyə axını” qaz layihəsinə idi. Bu həyata keçməsə, Rusiya iqtisadiyyatı daha çətin duruma düşə bilər. Rusiya ya yenidən Ukrayna ilə barışmalı və satışlarını bu ölkə üzərindən həyata keçirməlidir ki, bu da hazırkı siyasi vəziyyətdə mümkün görünmür, ya da Türkiyə ilə hər hansı bir formada anlaşmalıdır”.

Hadisənin siyasi tərəflərini şərh edən politoloq Şahin Cəfərli isə bildirib ki, Putinin Rusiya dövlətinin imkanları ilə üst-üstə düşməyən neoimperialist iddiaları ən əvvəl rus xalqına ziyan vurur: “Onun son illər yeritdiyi aqressiv xarici siyasət nəticəsində Rusiyanın dostlarının sırası sürətlə seyrəlib və bu proses davam etməkdədir. Kreml sahibinin öz irrasional addımları ilə düşmənə çevirməyə çalışdığı növbəti ölkə Türkiyə oldu. Məlumdur ki, Türkiyə ABŞ və Avropa Birliyinin Ukrayna məsələsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Ankaranın bu mövqeyi beynəlxalq arenada təklənməkdə olan Moskva üçün çox qiymətli idi. Lakin biz indi görürük ki, Putin az qala zorla Türkiyəni də həmin sanksiyaların iştirakçısına çevirməkdədir. Rusiyanın sanksiyaları şübhəsiz ki, Türkiyə iqtisadiyyatına müəyyən zərbə vuracaq, Türkiyə turizmi, Rusiyada layihələr həyata keçirən inşaat firmaları, Rusiyaya öz məhsullarını ixrac edən Türkiyə tekstil sənayesi və kənd təsərrüfatı, türk fermerləri maddi itkilərlə üzləşəcəklər. Lakin sanksiyalar ikitərəfli dəyənək kimidir, bu dəyənəyin bir ucu da iqtisadiyyatında diversifikasiyanın səviyyəsi aşağı olan Rusiyaya dəyəcək. Türk ortaqlarla iş görən Rusiya şirkətləri ciddi itkilərə məruz qalacaq, Rusiya vətəndaşları yüksək səviyyəli xidmət və ucuz qiymətləri ilə onların sevimli istirahət yerinə çevrilmiş Türkiyənin Akdeniz (Aralıq) ve Egey sahillərindən məhrum olacaqlar. Misirdəki durumu da nəzərə alsaq, ruslar üçün ucuz və keyfiyyətli istirahət variantı qalmır. 2014-cü ildə Türkiyə 4 milyondan çox rusiyalı turist qəbul edib”.

Politoloq hesab edir ki, bu önəmli rəqəm olsa da, Türkiyə turizmində Rusiyanın rolunu şişirtməyə dəyməz: “Ruslar ötən il Türkiyəyə gələn turistlərin 12 faizini təşkil edib. Türkiyənin turizm sektoru çox dinamikdir və bu itkilərini qısamüddətli perspektivdə tam olmasa da, müəyyən qədər kompensasiya edə yeni bazarlar tapa bilər. İki ölkə arasında ümumi ticarət dövriyyəsinə gəldikdə, 2014-cü ildə Türkiyənin Rusiyaya icracı 7 milyard dollara yaxın, Rusiyanın Türkiyəyə ixracı isə 25 milyard dollar təşkil edib. Rusiyanın ixracatında əsas yeri neft və qaz tutur. Türkiyə idxal etdiyi təbii qazın 55 faizini və neftin 16 faizini Rusiyadan alır. Bu, təbii ki, enerji asılılığı deməkdir. Türkiyə hökuməti son olaydan sonra belə bir aqressiv ölkədən enerji asılılığının nə qədər arzuolunmaz olduğunu gördü.İki ölkə arasında ümumi ticarət dövriyyəsinə gəldikdə, 2014-cü ildə Türkiyənin Rusiyaya icracı 7 milyard dollara yaxın, Rusiyanın Türkiyəyə ixracı isə 25 milyard dollar təşkil edib. Rusiyanın ixracatında əsas yeri neft və qaz tutur. Türkiyə idxal etdiyi təbii qazın 55 faizini və neftin 16 faizini Rusiyadan alır. Bu, təbii ki, enerji asılılığı deməkdir. Tür Yaxın perspektivdə Türkiyə öz İki ölkə arasında ümumi ticarət dövriyyəsinə gəldikdə, 2014-cü ildə Türkiyənin Rusiyaya icracı 7 milyard dollara yaxın, Rusiyanın Türkiyəyə ixracı isə 25 milyard dollar təşkil edib. Rusiyanın ixracatında əsas yeri neft və qaz tutur. Türkiyə idxal etdiyi təbii qazın 55 faizini və neftin 16 faizini Rusiyadan alır. Bu, təbii ki, enerji asılılığı deməkdir. Türkiyə hökuməti son olaydan sonra belə bir aqressiv ölkədən enerji asılılığının nə qədər arzuolunmaz olduğunu gördü.İki ölkə arasında ümumi ticarət dövriyyəsinə gəldikdə, 2014-cü ildə Türkiyənin Rusiyaya icracı 7 milyard dollara yaxın, Rusiyanın Türkiyəyə ixracı isə 25 milyard dollar təşkil edib. Rusiyanın ixracatında əsas yeri neft və qaz tutur. Türkiyə idxal etdiyi təbii qazın 55 faizini və neftienerji idxalı mənbələrini ciddi şəkildə diversifikasiya edəcək. Artıq Şimali İraq kürd hökuməti Türkiyəyə lazım olduğu qədər qaz satmağa hazır olduğunu açıqlayıb. Bundan başqa, Ankara sıxılmış maye qaz idxalını da artıra bilər. Bunun nəticəsində hazırda enerji bazarlarından sıxışdırılan, ixrac etdiyi qazın həcmini azaltmağa məcbur olan və gəlirləri də azalan Rusiya daha bir zərbə alacaq. Türkiyə-Rusiya münasibətlərinin daha da gərginləşəcəyi və hərbi müstəviyə keçəcəyi təqdirdə isə, Türkiyənin əlində strateji mənada çox güclü bir silah da var. Türkiyə hökuməti boğazları Rusiyanın üzünə bağlaya bilər”.

Ş.Cəfərli bildirib ki, hazırda Rusiya özünün Suriyadakı Hmeymim hərbi bazasının silah-sursat, ərzaq və digər zəruri vasitələrlə təchizatını məhz İstanbul və Çanaqqala (Bosfor ve Dardanel) boğazları vasitəsilə həyata keçirir: “Bu, Aralıq dənizinə ən qısa yoldur. Montrö Konvensiyası hərbi qarşıdurmanın yaranacağı halda, Türkiyəyə boğazları bağlamaq hüququ verir. Bunun baş verəcəyi təqdirdə, Rusiyanın Lazkiye (Latakiya) yaxınlığındakı aviabazası bir növ, mühasirə şəraitində qalacaq və operativ-taktiki reaksiya imkanları məhdudlaşacaq. Bu səbəblə, Rusiya Türkiyə ilə münasibətləri gərginləşdirmək xəttini davam etdirərsə, ən çox itirən tərəf onun özü olacaq. Son olaraq bir məqamı da vurğulamaq lazımdır ki, hazırda "yaralı ayı" vəziyyətində olan Rusiya qisas aksiyası keçirib, hesabı bərabərləşdirmək üçün fürsət axtarır. Suriya sərhədləri boyunca, eləcə də Ermənistanla sərhəd xəttində gündəlik uçuşlar həyata keçirən Türkiyə hərbi aviasiyası çox diqqətli olmalı və cavab zərbəsi endirmək üçün bəhanə axtaran Rusiya tərəfinə bu imkanı verməməlidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar