Ərdoğanla Obama razılaşdı: 98 km-lik sərhədə 30 min türk əsgəri

“Wall Street Journal”ın verdiyi xəbərə görə, Avropada yenidən Paris terroruna bənzər hadisələrin baş verməməsi üçün Qərb ölkələri İŞİD silahlılarının ən çox keçid etdiyi Cerablus-Çobanbəy məntəqəsini nəzarət altına alınması üçün qəti addımlar atmağa başlayıblar. Jurnal bu mövzunun G20 sammitində Ərdoğanla Obama arasında müzakirə olunduğunu, türk liderin buna müsbət yanaşdığını yazır. Bu məqsədlə 98 kilometrlik sərhəd boyunca 30 min türk əsgərnin yerləşdirilməsi nəzərdə tutulur. Ankara isə bölgənin cənubunda İŞİD-in varlığına son qoymaq üçün təşkil ediləcək quru əməliyyatlarına ərəb və türkmənlərin qatılmasını, ABŞ-ın isə təyyarələr vasitəsilə bu birliklərə dəstək olmasını şərt kimi irəli sürdüyü bildirilir(azadlıq.info).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar