ABŞ İŞİD qərargahını bombaladı

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri İraqda İŞİD qərargahlarını bombalayıb.Axar.az xəbər verir ki, hərbi əməliyyatlar Mahmur rayonun Ankava qəsəbəsində həyata keçirilib.

Qərargahda yerləşən 4 avtomobil məhv edilib. Avtomobildə olan İŞİD-çilərin hamısı ölüb.

Bu arada dünən koalisiya qüvvələri İraqın Küdilə qəsəbəsində İŞİD mövqelərini hədəf alıb. Nəticədə xeyli terrorçu öldürülüb.

Qeyd edək ki, Küdilə qəsəbəsi İŞİD və peşmərgə qüvvələri arasında yerləşir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar