“Qardaşlıq dar gündə bilinər” - Türkiyədən Azərbaycana xoş mesajlar

Türkiyə TIR-larının Azərbaycan vasitəsilə Orta Asiyaya çatdırılması marşrutunu əks etdirən xəritə də yayılıb.Axar.az xəbər verir ki, türk mediasının Azərbaycanın ünvanına “Qardaşlıq dar gündə tanınar” deyə xoş mesajlarla ard-arda tirajladıqları informasiyalarda ölkəmizin dar gündə qardaş ölkəyə dəstək verdiyi vurğulanır.

Media Orta Asiyaya gedən yüklər üçün ən qısa yolun da Azərbaycandan keçdiyini bildirir və bu marşrutdan hətta Rusiya ilə münasibətlər düzələcəyi təqdirdə daim istifadə edilməsinin vacibliyi önə çəkilir. Yeganə maneə - viza maneəsini isə Prezident Əliyev aradan qaldırıb. Belə ki, hətta vizasız gələn tranzit yük maşınlarının cərimələnməməsi və gömrükdə TIR-ların sürətli keçidinin təmini ilə bağlı Türkiyə dövlətinin xahişi nəzərə alınıb.

Az öncə xəbər verildiyi kimi, Rusiyanın sanksiyası səbəbindən Türkiyədən Orta Asiyaya gedən yük maşınları sərhəddən buraxılmır. Türkiyə isə sərhəddə uzun növbələrin yarandığı və yükdaşımalarının iflic olduğu belə məqamda Azərbaycana müraciət edib.

Qeyd edək ki, sözügedən marşrut xətti uzun müddətdir ki, qardaş ölkələr arasında müzakirələr aparılırdı və yaxın müddətdə bu marşrutun işə düşəcəyi gözlənilirdi.

Rusiya artıq 2016-cı il yanvarın 1-dən Türkiyə ilə vizasız rejimi ləğv etmək barədə qərar qəbul edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar