RUSİYA AZƏRBAYCANIN DOSTUDURMU? - Özümüzü aldatmayaq!

Gəlin, qardaşlarımızın, dostlarımızın yanında olaq...

Bu yazı 2015-ci ilin noyabr ayında «AzPolitika.info» saytında dərc olunub. Son bir neçə gündə «Lapşin olayı» ilə bağlı Rusia Xarici İşlər Nazirliyinin (XİN) səsləndirdiyi bəyanat, Rusiya Dövlət Duması sədrinin müavini, liberal-faşist partiyasının «əvəzolunmaz» sədri Vladimir Jirinovskinin sayıqlamaları bu mövzunun nə qədər aktual olduğunu növbəti dəfə ortaya qoydu. Hörmətli oxucularımız üçün maraqlı olacağı ümidilə, yazını təkrar dərc edirik.

***

Son günlər Rusiya KİV-nin və yerli KİV-in yaydığı məlumatlarla tanış olduqca məhz bu sual ətrafında düşüncələrə dalmalı olursan: Rusiya gerçəkdənmi Azərbaycana dost ölkədir? Və ya heç olmasa, Rusiya bizim mehriban qonşumuzdurmu?

Son ilyarımda bu sual ətrafında manipulyasiya edən rusiyalı sityasətçilərin və «qurulan oyunlar»ın sayı durmadan artır. Məsələn, Azərbaycanımıza (eləcə də bütöv türk dünyasına) nəhayətsiz antipatiyası ilə seçilən Jirinovski birdən-birə, Bakı ilə çoxdan isti münasibətlərinin olduğundan, ölkəmizin postsovet dönəmində qazandığı uğurlardan ağızdolusu danışmağa girişib. O, hətta rus əyyaşlarına ünvanlı çox məkrli bir ismarıc da səsləndirb ki, sən demə, Azərbaycan istəsə Rusiyanı konyakla, şərabla çimizdirə bilər və s.

Bir neçə gün bundan əvvəl isə bu «kərdiyar» (İsim kimi mənası - arpa ilə buğdanın qarışığı, sifət kimi mənası - dağınıq, dolaşıq, çəlpəşik deməkdir) avantürist (daha doğrusu, faşist!) heç bir məsuliyyət hissi keçirmədən deyir ki, Rusiya boğazlara (Bosfor və Dardanel) bir atom bombası atacaq, su 10-15 metr qalxacaq, İstambul yox olacaq, orada isə 9 milyon insan yaşayır! Bax, Rusiyanın gerçək siması bundan ibarətdir...

Bu yerdə, yadıma Jirinovskinin bir çağırışı da düşür. Bir neçə il əvvəl Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun vətənə qaytarılması və əfv edilməsinə etiraz əlaməti olaraq Rusiyada yaşayan ermənilərin Moskvada təşkil etdiyi mitinqə qatılan həmin Jirinovski «ermənilər bizim qardaşlarımızdır» - deyərək, erməni terror və məxfi xidmət strukturlarını bütün dünyada azərbaycanlılara qarşı terrora səsləmişdi!

O zaman bizimlə dost oluğunu «sağa-sola üfürən» Kreml Jirinovskiyə «gözün üstə qaşın var» demədi (Həmin günlərdə yazdım ki, indiyə qədər bilməmişik, sən demə, Jirinovskinin anası zamanında Karapetlə «zina» yapıb və bu zinadan da indiki kərdiyar «Volf oğlu» dünyaya gəlib...). Hansı ki, terrora çağırış özü elə terror qədər kriminal deməkdir və bəzi hüquqi epizodlarına görə, terroru təşkil etmək kimi insanlığa düşmən çalışmaya barəbər tutulur.

Başqa bir ibrətamiz misal. Bu ilin fevralında Azərbaycan saytlarından birinə açıqlama verən Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev «Azərbaycanın çiyninə söykənmək olar» deyərək, AŞ PA-dakı məlum səsvermə zamanı ölkəmizin tutduğu mövqeni ağızdolusu tərifləmişdi: «İnanmaq istərdim ki, Azərbaycanın tutduğu qətiyyətli və ədalətli mövqe Birləşmiş Ştatların təzyiqi altında əyilən ölkələrin nümayəndələrini utanmağa məcbur edəcək. Biz, çoxdanın strateji müttəfiqiyik və Azərbaycan-Rusiya münasibətləri həmişə qarşılıqlı anlaşma və qarşılıqlı dəstəyə söykənib. Bunca qiymətli dəstəyə görə, qardaş Azərbaycan xalqına çox-çox təşəkkür etmək istəyirəm...»

Bu istiqamətdə çoxlu misallar gətirmək olar, amma hesab edirəm ki, bu seçmələrim də kifayət edər ki, hörmətli oxucular məhz nəyi nəzərdə tutduğumu əlüstü hesablaya bilsinlər.

Belə dostluq notları vaxtaşırı olaraq, Azərbaycanlı məmurların dilindən də səslənir. Hər şeyi öz adı ilə çağırsaq (gərəkdir ki, çağıraq!) onda, tərəddüd etmədən söyləmək olar ki, Azərbaycanda bu «dostluq»a inanan demək olar, yoxdur, varsa da, onlar barmaqla sayılacaq qədər azdır. Səbəbi aydındır - bütün istiqamətlərdə olduğu kimi, dostluq məsələsində də Rusiyanın sözü ilə əməli heç vaxt üst-üstə düşməyib! Son bir ayda bu dövlətin Suriyadakı davranışı (işğalçı hərəkətləri) və Türkiyəyə yönəlik açıq-aşkar düşmən mövqeyindən çıxış etməsi bu qənaəti bir qədər də möhkəmlədir...

O biri tərəfdən, 1828-ci il o qədər uzaq tarix deyil ki, Azərbaycan xalqı Rusiya tərəfindən vətənimizin yarısının işlal edilib, imperiya qapazaltısına çevrildiyini unutsun!

1920-ci il o qədər uzaq tarix deyil ki, əzəli torpaqlarımız olan İrəvanın, Göyçənin, Zəngəzurun əlimizdən alınıb, yerində indiki «qurbağa gölü»nün - Ermənistan Respublikasının yaradılmasını unudaq!

1993-cü il o qədər uzaq tarix deyil ki, cənnət Qarabağımızın əlimizdən alınaraq, gəzəyəntə «friq»ə (Azərbaycanlı tarixçi Qiyasəddin Qeybullayevə görə, ermənilərin əsl adı «friq»dir və onlar ilk olaraq indiki Bolqarıstan ərazisindən Van ətrafına köç ediblər) verildiyini unudaq!

Bir müddət əvvəl isə Rusiya prezidenti Putin «erməni soyqırımı»nın 100 illik yubileyi münasibətilə İrəvanda keçirilən tədbirdə iştirak etmək üçün Ermənistana gəldi. Kim bilməsə də, Putin (Rusiyanın prezidenti!) yaxşı bilir ki, tarixdə heç bir «erməni soyqırım»ı olmayıb - bu, sərsəm xülya Eçmiədzinin uydurmasından başqa bir şey deyil!

Putin şəxsən özü qonşu dövlətlərlə, o cümlədən, Türkiyə ilə sıx və mehriban qonşuluq əlaqələri qurmağa çalışdığını dəfələrlə bəyan edib. Belədə, məntiqi sual yaranırdı: Bəs, Putin İrəvana nəyə gedir, hansı «soyqırım»ı yad edir, bu hərəkəti ilə Türkiyəni nə üçün incik salıb, münasibətləri korlamaqdan çəkinmədi?

Bundan bir qədər əvvəl isə Ermənistanın xarici işlər naziri Nalbəndoğlu («nalbənd» türk sözüdür - nal düzəldən, at nallayan, atın nallarını dəyişən sənətkarı nəzərdə tutur) həyasızcasına demişdi ki, Türkiyə Qarabağ münaqişəsinin həllinə kömək etmək istəyirsə, ondan uzaq durmalıdır. Guya ki, bu məsələdə köməkçiləri seçmək də Nalbəndoğlunun səlahiyyətində imiş! Bu gün Rusiyanın rəsmi dövlət strukturları, rəsmi şəxsləri ala qarğa sürüsü kimi yenidən bu bəyanatı «qırıldadır»lar...

O da məlumdur ki, Putinin hazırlaşdığı İrəvan səfəri ərəfəsində Ermənistan «böyük sülh sazişi» deyilən sənədin hazılığına başlamaqdan imtina etdi. Həmsədr dövlətin başçısı olaraq, Putin sözügedən mətləbə yönəlik bu səfərinin siyasi-diplomatik mənasını anlamırdımı?! İnanmaq çətindir...

Heç kimə sirr deyil ki, Nalbəndoğlu (onun şəxsində isə Emənistan) çoxdan rusun qucağında oturub, «erməni genosidi simfoniyası»nın notlarına qulaq asaraq, mürgü vurur - tərpənməyə də qorxur ki... Amma o da var ki, rəmzi (gerbi) ikibaşlı qartal olduğu kimi, Rusiyanın siyasəti də çoxüzlüdür. Nəhayət gün gələcək ki, bu şimal ayısı, ermənini qucağında saxlamaqdan usanacaq. O zaman Nalbəndoğlunu oturduğu yerdən «qaldırıb» çirkab nohuruna atacaq. Bax, o zaman «qazının sünnət toyu» olacaq ki, bu, başqa bir yazının mövzusudur...

Hər kəsə aydındır, dostluq birtərəfli olmur - birtərəfli məhəbbət «övlad» yetirməz. Rusiyanın Azərbaycana yönəlik davranışı da dostluqdan xəbər vermir. Buna əmin olmaq üçün tarixi bir epizoda diqqət yetirmək pis olmazdı.

Xatırlayırsınızsa, ötən ilin avqustunda Dağlıq Qarabağda ermənilərin qəflətən fəallaşması və nəticədə, şiddətli müharibə anlarının yaşanmasından dərhal sonra Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi - Putinin təşəbbüsü ilə. Görüş ərəfəsində həmin Jirinovski dedi ki, Qarabağ münaqişəsinin açarı Kremldədir və Putin necə desə, məsələ də elə həll olunacaq!

Fəqət, münaqişə hələ də həll olunmamış qalır. Deməli, Putin hələ heç nə deməyib? Deməyibsə, nə üçün demir - gözləyir ki, bu cəbhədə hələ çoxlu sayda insan öldürülsün?! Yaxud, istəmir ki, Azəbaycanın ərazi bütövlüyü bərpa olunsun? İstəmirsə, daha onun harası dost oldu?! Amma yox, Jirinovski bir başqa «aforizm» də səsləndirib: «Ruslar respublika sözünü anlamırlar, onlar imperiya kəlməsini bilirlər...».

Son günlər Kremlin Türkiyə Respublikasına yönəlik səsləndirdiyi çaşqın bəyanatlar, faşist çağırışlar Rusiya adlı dövlətin necə məkrli-namərd bir qonşu olduğunu növbəti dəfə təsdiqlədi...

Bütün bunlardan belə bir məntiqi nəticə çıxır ki, Rusiya adlı dövlət ümumiyyətlə, dost ola bilmir - onun imperiya ambisiyaları dostluq hisslərini çoxdan öldürüb!

O zaman bizim birtərəfli məhəbbətimizə lüzum qalırmı? Gəlin özümüzü aldatmayaq və hər zaman qardaşlarımızın, dostlarımızın yanında olaq...

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar