Merkeldən Türkiyəyə tarixi jest: "AB-yə üzvlük..."

Brüssel Ankara ilə Türkiyənin Avropa Birliyinə üzvlük məsələsi ilə bağlı danışıqlara başlamağa hazırdır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Almaniya kansleri Angela Merkel çıxış edib.

"Miqrasiya böhranı Türkiyənin AB-yə üzvlüyünə və vizasız rejimin tətbiqinə əngəl olur. Türkiyə Avropa Birliyinə qeyri-leqal miqrasiyanın qanuniləşdirilməsində yardım edəcək", - Merkel bildirib.

Qeyd edək ki, bu gün miqrantların Türkiyədə qalması qarşılığında AB Ankara ilə 3 milyard dollarlıq yardım müqaviləsi imzalayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar