Davudoğlu Rusiya sanksiyalarını tənqid etdi

Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya hökumətinin ölkəsinə qarşı qadağalarını tənqid edib.

Report xəbər verir ki, onun sözlərinə görə, bu vəziyyətdə gərginliyin aradan qaldırılması və "Su-24" kimi insidentlərin qarşısının alınması prioritet ola bilər.

Noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin "Rusiya Federasiyasının milli təhlükəsizliyi və Rusiya vətəndaşlarının cinayətkar və ya digər hüquqazidd əməllərdən qorunmasının təmin edilməsi və Türkiyə

Respublikasına qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq edilməsi üzrə tədbirlər haqqında" fərman imzalayıb. Sənəd faktiki olaraq Türkiyə biznesinə qarşı qadağa nəzərdə tutur. Konkret məhdudiyyətlər siyahısını hökumət hazırlayacaq.

Moskva və Ankara arasında münasibətlər Rusiya hərbi təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasından sonra pisləşib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar