​Yunanıstanın baş naziri türk hərbi pilotlarını "əsəbi" adlandırıb

Yunanıstanın baş naziri Aleksis Sipras bildirib ki, yunan pilotları, xoşbəxtlikdən türklər kimi "əsəbi" deyillər.

"Report" xəbər verir ki, bu barədə o öz "Twitter" səhifəsində türkiyəli həmkarı Əhməd Davudoğluya xitabən yazıb.

"Xoşbəxtlikdən, bizim pilotlar ruslara qarşı türklər kimi "əsəbi" deyillər", - deyə Sipras bildirib.

"Egey dənizində baş verənlər ağılasığmaz və axmaqlıqdır. Biz silahlanmaya milyardlarla avro sərf edirik - siz hava məkanını pozmaq üçün, biz sizin qarşınızı almaq üçün. Bizim ən müasir havadan müdafiə sistemlərimiz var, aşağıda isə günahsız insanları Egey dənizində batıran qaçaqmalçıları tapa bilmirik", — deyə Sipras bildirib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu yunan həmkarına öz "Twitter" səhifəsində cavab ünvanlayıb:

"Siprasın pilotlar barədə şərhləri, mənə elə gəlir, tamamilə bu günün ruhuna uyğun deyil. Aleksis, imkan verin fikrimizi müsbət gündəmə cəmləşdirək".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar