İKİ NAZİRİN AZƏRBAYCANA SUİ-QƏSD PLANI - "Qara maskalılar əməliyyata hazırdır" + VIDEO

"Əli Abbasov onda mənə bildirdi ki, artıq “qara maskalı”lar sizin ofisin qabağındadır" 

"MTN-in quraşdırdığı avadanlıqlar yanğın baş verən zalda olub"

"Həmin avadanlıqlar təkcə “Delta Telecom”da deyil, bütün rabitə operatorlarında quraşdırılıb" 

Nəhayət bir həftədir ki, gözlədiyimiz sensasiya. Azərbaycanı internet uçqununa salan virtual qara noyabrın səbəbləri barədə.

Ötən həftə sizə söz vermişdik ki, 5 saata yaxın xüsusi vəziyyətdə qalmağımızın səbəbləri barədə məhz bu gün məlumat verəcəyik. “Delta Telekom”un baş direktoru Ramazan Vəliyev müəmmalı hadisəni ən xırda naqilədək bizə izah etdi. Biz əvvəlcə onunla hadisə rayonunu gəzdik. Qara naqillər, hisə batmış divarlar, yanıq iyi az qala kadrlardan bayıra vurur.

Yanğın baş verən otaqda təmir işləri gedir və orada yeni avadanlıqlar quraşdırılır. Otaqda dövlətə aid avadanlıqlar var və bizim buradakı yüksək amperajlı kabellər yuxarı hissə ilə gedir. Yanğın hadisəsi yuxarı hissədə baş verməyib. Sadəcə olaraq aşağıda baş verən yanğın yuxarı kabelləri zədələyib. Son 2 il ərzində burada heç bir dəyişiklik olmayıb. Yeganə dəyişiklik bu ilin may ayında dövlət tərəfindən qoyulan bir avadanlıqdır.

- Dövlət deyəndə biz konkret olaraq Milli Təhlükəsizlik Nazirliyinin quraşdırdığı avadanlıqdan danışırıq.

Bu ərazidə olan avadanlıqların bir hissəsini işlək vəziyyətə gətrimişik. Əsas problemimiz odur ki, zalda olan avadanlıqların üzərinə tüstü qatı hopub və tüstü qatı kömür qatı yaradıb. Ona görə də zalda olan bütün avadanlıqarı kənara daşıyıb, orada yuyub təmizlədikdən sonra, yenidən fəaliyyətə salma işləri ilə məşğuluq

Yanğın hadisəsi FİBER optik kabellərin olduğu hissədə baş verib. Nəticədə bütün FİBER optik kabellər zədələnib.

Həmin gecə tüstü çox olduğuna görə işləmək, hətta nəfəs almaq mümkün deyildi. Lakin işçilərimiz qəhrəmanlığı nəticəsində problem qısa müddətdə aradan qaldırıldı. 600 cüt FİBER optik kabel gecə ilə digər zala köçürüldü və rezervlər işə salındı

Problem ondan ibarət idi ki, FİBER optik kabellərin bir birinə calanması, qaynaq olunması tamamilə təmiz mühitdə həyata keçirilməlidir. Əks təqdirdə müəyyən problemlər yaşana bilər.

Bu tüstülü mühitdə dünyanın heç bir ölkəsində texniki işçiyə nə verirsən ver, işləməzdi. Bizim texniki işçilər həqiqətən də böyük qəhrəmanlıq edib, interneti 2-3 saat ərzində bərpa edə bildi.

Əslində hadisələr saat 14 radələrində baş verib. Saat təqribən 17:15, 17:30-da tüstülənmə mənbəyi söndürüldü. Lakin zala girmək mümkün deyildi. Zalda 2 dəqiqədən artıq durmaq mümkün deyildi. Bizim texniki işçilər növbəli iş rejimi ilə (10 dəqiqədən bir işçilər bayıra çıxıb təmiz hava alaraq yenidən geri qayıdır) işləyiblər. Qərar vermişik ki, yanğın olan otaq yeni formada bərpa ediləcək. Bir sıra avadanlıqlar tamam söküləcək, tamamilə təmizlənəcək və bütün testlərdən keçiriləcək.

- Hadisə ilə bağlı cinayət işi qaldırılıb?

Nazir müavini İltimas Məmmədov elə həmin gün bütün gecə hadisə yerində olub, hətta yanğın başlayandan söndürülənədək, rabitə bərpa edilənə kimi. İkinci gün gecə Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları burada işə başladı, araşdırma apardılar. Eyni zamanda Baş Prokrorluqdan xüsusi istintaq qrupu cəlb olunub.

- Ramazan müəllim, Milli Təhlükəsizlik Nazirliyi dediyiniz avadanlığı hara qoymuşdu?

Söhbət gedən avadanlıq yanğın olan zalda olub, hazırda o avadanlıqlar demontaj olunub, ondan sonra bizim anbarda yerləşdirilib. Yəqin ki, biz o avadanlıqları təhvil verəcəyik.

Demontaj edilib anbara qoyduğunuz bu avadanlıqlar təhlükəsizliyimizlə bağlı hansısa risklər yaradır?

Tutaq ki o avadanlıq var idi vəziyyət başqa cür idi, indi o avadanlıq yoxdur vəziyyət dəyişib. Əslində həmin avadanlıqlar təkcə “Delta Telecom”da deyil, əməliyyat axtarış fəaliyyəti ilə əlaqədar olaraq bütün rabitə operatorlarında quraşdırılıb.

- Ramazan müəllim, indi hər şeyi öz adı ilə çağıraq. Artıq mənə məlumdur ki, tüstüləmə məhz Milli Təhlükəsizlik Nazirliyinin qoyduğu serverdən başlıyıb.

- Yanvar ayından bu hadisələr başlayanadan biz aparılan müzakirələrdə müəyyən etdik ki, axırıncı qoyulan “Alov” şirkətinin avadanlıqları I Avropa Oyunlarının təhlükəsizliyini qorumaq üçündür. Biz dəfələrlə məsələ qaldırdıq ki, bu avadanlığın özü artıq təhlükə mənbəyinə çevrilir. Çünki bizdə hər şey tam rezevlidir, hər şey normal çalışır. Lakin avadanlığın tək qoyulması çox böyük bir risk yaradır. Hazırda məlum hadisələrlə əlaqədar içəridə olan bu monitorinq idarəsinin rəhbərliyi ilə biz dəfələrlə bunu müzakirə etdik. Və bu tələbin ardınca həmin dövrdə milli təhlükəsizlik naziri vəzifəsini icra edən Eldar Mahmudov şəxsən özü mənə bildirdi ki, avadanlıq quraşdırılmalıdır. Biz bilirik ki, Avropa oyunlarında müxtəlif terror hadisələri gözlənilir və mən cənab prezidentə məruzə etmişəm, avadanlığın quraşdırlması üçün şərait yaratmağa borclusuz və hətta orada olan 1 milyon 700 min ABŞ dolları dəyərində olan əlavə avadanlıqlar operatorlar tərəfindən alınacaq. Bunların hamısı sizin tərəfinizdən təmin olunmalıdır və bu cənab prezidentin göstərişidir. Bunu da mən yenə bizə lisenziya verən təşkilata məruzə etdim ki, vəziyyət bu yerdədir. Yəni artıq cənab prezidentin adı ilə bizə göstəriş gəlir ki, bu qoyulmalıdır. Bizim çıxış yolumuz yoxdur.

- Lisenziya verən təşkilat da Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.

- Tamamilə doğrudur. Oradan o tərəfə biz atıq keçə bilmirdik.

- 2015-ci ilədək MTN-nin gətirib ora qoyduğu avadanlıq olmayıb. Buna qədər alternativ nə vardı? Axı, bunlar avadanlığı nə üçün gətirib qoymalıydılar? Bu nəyi dəyişdi? Orada hansı informasiyalar vardı?

– Əslində Milli Təhlükəsizlik Nazirliyinin avadanlıqları olub. Lakin bu avadanlıqlar artıq istismar müddətini başa vurmuşdu. İnternetdə bir çox məsələlər, protokollar dəyişmişdi və bu avadanlıqlar artıq işləmirdi. Ona gərə də o avadanlığın nə bizə, nə də onlara elə bir maneə yaratmırdı. Lakin yeni bir avadanlığın qoyulması bizim rezervləri tamamilə yox vəziyyətinə gətirdi. Ancaq Azərbaycan rabitəsi üçün olan rezervləri. Biz rabitə sxemini elə yaratmışıq ki, Azərbaycanın 8 rayonunda Bakıda gördüyünüz mərkəzi sayt kimi saytlarımız var. Və bu saytların hamısı biri-birinə yüksək sürətli, ayrı-ayrı istiqamətlərdən gələn çox böyük tutumları təmin edə biləcək saytlardır. Məhz bu problemin kökündə dayanan məsələ bu oldu ki, Naxçıvan daxil bütün Azərbaycan interneti bu avadanlığın üzərindən keçirilməsi haqqında texniki şərt qoyuldu. Ən böyük məsələ bu idi.

– Yəqin ki, siz də bilirsiz ki, konkret bu prosesin həyata keçirilməsi üçün müəyyən məbləğdə vəsait ödənilib. Nə qədər vəsaitdən söhbət gedirdi və nə qədər vəsaitin ortalıqda olub və ya olmaması sonradan üzə çıxdı?

– Apardığımız araşdırmalar onu göstərir ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bura qoyulan avadanlığın dəyəri maksimum 3 milyon ABŞ dolları civarındadır. Mən artıq dəqiq bilirəm ki, dövlət tərəfindən nəyinki “Delta”nın iki saytında, “Delta”nın bütün yaratdığı 8 saytda bu avadanlıqların qoyulması üçün lazımi maliyyə vəsaiti ayrılıb. Lakin bu vəsaitlər digər təşkilatlarda olduğu kimi normal xərclənməyib. Yəqin ki, bunu da artıq aidiyyati qurumlar araşdırıb tamamilə ortaya qoyacaq.

- Bu həftə Milli Təhlükəsizlik Nazirliyi dırnaq arasında öz işini görmüş o serverləri buradan götürüb apardı. Və həmin ərazi belə çıxır ki, boş qaldı. Yəni faktiki olaraq bu gün “Delta Telekom” da 2015-ci ilin yanvar ayına qədərki vəziyyət höküm sürür. O avadanlığın mövcud olmadığı dövrdəki kimi. İndi təhlükəsizliyimiz üçün hər hansı bir risk var?

- Hazırda internetin təhlükəsizliyi üçün heç bir riskimiz yoxdur. Nəyə görə yoxdur? Əslində bu avadanlıqlardan aşağı rabitə təşkilatlarında da quraşdırılıb. Və o təşkilatlarda lazım olan bütün hərəkətlər, məlumatlar götürülə bilir. Düzü “Delta”da bunun nəyə görə quraşdırıldığını biz tam olaraq anlaya bilmirdik.

– Ola bilər ki, yenidən gətirib quraşdırsınlar, bu dəfə hətta rezervlə?

– Yox. Bizə ən yüksək səviyyədə bildirilib ki, “Delta Telekom” bütün rezervlənmə sxemlərini təmin etməlidir. Rezervlənmə sxemləri təmin olunduqdan sonra artıq cənab prezidentin göstərişi ilə bütün siyasət dəyişib. O sistem operatorun sisteminə uyğunlaşdırlmalıdır, operator o sistemə uyğunlaşdırılmayacaq. Yəni tamamilə başqa bir prinsiplə işləyəcək.

– Məndə olan məlumata görə, siz həbs olunmaq təhlükəsi ilə üzləşmişdiniz.

– Bir neçə dəfə biz bu təhlükə ilə üz-üzə gəldik. Və hər dəfə də böyük, qüdrətli bir əlin üstümüzdə olduğunu hiss etdik. Məhz cənab prezidentin bizim şirkətə diqqət və qayğısı olub. Cənab prezidentin qüdrəti, diqqəti üstümüzdə olmasaydı, biz yəqin ki, çoxdan başqa yerlərdəydik. Bizdə belə bir hadisə olub. Azərbaycana yönəlik hücümları dayandırmaq üçün “Delta Telekom” xüsusi avadanlıq gətirərək quraşdırıb. Bu avadanlığın köməyi ilə Avropada bizim saytlara gələn 80-10 qeqavit səviyyəsində gələn hücumları dayandıra bilir. Və bunun sayəsində Azərbaycan interneti müstəqil bir şəkildə öz fəaliyyətini davam etdirə bilir. Bu avadanlıqlar quraşdırılanda, istər-istəməz test edilməlidir. Yoxlama prosesi həyata keçirilən zaman Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi qurumları ilə birlikdə test edilir. Bu test proseslərinin belə Milli Təhlükəsizlik Nazirliyi ilə həmin dövrdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bizim işçilərin həbs prosesinə kimi gətirib çıxarmışdılar. Bununla bağlı Əli Abbasov məni yanına çağırdı və bildirdi ki, sizdə belə bir mühəndis var, cavab verdim ki, bəli bu bizim texniki direktorumuzdu. Sonra o, əlavə etdi ki, bəs o adam Azərbaycana hücümlar təşkil edir. Mən o vaxt ona öz ciddir iradımı bildirdim ki, bəs cənab nazir heç olmasa bizdən bir kəlmə soruşmaq lazımdır. Yəni bu məsələ Milli Təhlükəsizli Nazirliyi tərəfində qaldırılırsa, biz belə bir sistem quraşdırmışıq və bu sistem test olunmaldır. Bu testlər də məhz Xüsusi Dövlət Mühafizə Xidmətinin aidiyyatı qurumları ilə razılaşdırılmış şəkildə aparılır. Ən azından Xüsusi Dövlət Mühafizə Xidmətindən bunu soruşmaq lazım idi. Nazir onda mənə bildirdi ki, artıq “qara maskalı”lar sizin ofisin qabağındadır, həmin adamın həbsi üçün gediblər. Siz təcili olaraq Milli Təhlükəsizlik Nazirliyi ilə danışın, özünüz bir arayış hazırlayın ki, onları geri çağırsınlar. İşə dönərkən yolda əlaqə saxladım və əlavə məlumatlar verdim ki, çox ciddi bir problem yarana bilər. Axı biz bu sistemi quraşdıracağımızı və internetin təhlükəsizliyini təmin edəcəyimizlə bağlı cənab prezidentə bir neçə ilə əvvəl söz vermişdik və biz bunu etmişik və sadəcə olaraq bunun testləri aparılır. Bundan başqa, ikinci bir məsələ isə Eldar Mahmudova yaxın bir şirkətin rəhbəri illərlə bizim şirkətə çatacaq vəsaitləri mənimsəyib və bizim şirkətə qismən ödənilib. 5 il öncə bu hadisələrə görə məni quruma dəvət etmişdilər. Yaxşı ki, mənim əlimdə bütün sənədlər vardı. Bu məsələ birinci müavin tərəfindən araşdırıldı. Hazırda həmin şəxs başqa vəzifə tutmasına baxmayaraq həyatdadır. Çox sağ olsun ki, əlimizdə olan o sənədələrə əsaslanaraq qeyri-qanuni bir hərəkətə yol vermədiyimizi görərək məni yola saldı. Özü də açıq bir şəkildə bildirdi ki, məni bura başqa məqsədlə, həbs etməyə çağırmışdılar.

Əslində mən bunu hiss etmişdim. Azərbaycanda bir başqası ilə belə bir problem yoxdur. Ancaq bu şəxs mənə problem yarada bilər. O, şəxsin ora ilə bağlantısı var. Məhz ona görə də ora bir qədər hazırlıqlı getmişdim. Ardınca da baş verən hadisələr ona gətirib çıxartdı ki, borclar qalxa-qalxa getdi. Əslində “Delta Telekom” qarşı məqsədyönlü şəkildə hər iki nazirlik tərəfindən bir təxribat işlənilib.

– Məhz bu serverdə toplanılan məlumatlar nə ilə bağlı idi? Tam təfərrüatları yəqin ki, sizə bəlli deyil, amma heç olamasa, funksiyaları və təyinatları sizə bəlli olmalıdır? Nə ilə bağlı idi – bank hesablaşamarı, yoxsa başqa nəsə?

- Müəyyən texniki məsələlərin müzakirəsində biz başa düşürük ki, bu, nə üçün lazımdır. Əslində Azərbaycanda da müəyyən haker qrupları ola bilər. Və ya xaricdə də müəyyən haker qrupları Azərbaycanın hər hansı bir bank sektoruna hücum edib hesabları dağıda, vəsaitləri çəkə bilər.

– Hətta belə bir şey olub.

- Bəli. Tarix boyu belə bir hadisələr baş verib. Və ya başqa hadisələr ola bilər. Təkcə bank sektoru deyil, hətta hər hansı bir əraziyə xüsusi partladıcılar yerləşdirilib “Wi-Fi” birləşmələr üzərindən partladıla bilər. Biz bütün bunların hamısını başa düşürük. Buna görə də ən azı bu kimin tərəfindən törədilib? O mənbənin tapılması üçün bu avadanlıq bunu qeydə almalıdır. Bu araşdırma zamanı bu avadanlıqlardan bu məlumatar çıxarılıb verilməlidir. İstər Amerikanın, istərsə də Avropanın təhlükəsizlik orqanları terror və bank hadisələrinə qarşı birləşik bir şəkildə işləyirlər. Bu bütün dünyada var. Sadəcə qurulma mexanizmi düzgün olmayıb. Başdan da qeyd olunub ki, bu şəkildə qurulmamalıdır. Allah çox şükür ki, artıq məsələnin nə qədər ciddi olduğunu hər kəs anladı. Bir daha qeyd edirəm ki, bizə qəti bir şəkildə göstəriş olub ki, “Delta” bütün rezervlərini ayağa qaldırmaldır. Tam rezervlənmə sxemləri işləməlidir. Ancaq bundan sonra dövlət təşkilatları bu şəbəkəyə uyğunlaşaraq işləməlidir. Əks təqdirdə Ramazan Əliyev bu şirkətdən gedəcək. Başqa şəkildə olması mümkün deyil.

Təşəkkür edirəm

Mən enerji blokunun sıradan çıxarılması barədə ilk dəfə 1990-cı ildə eşitmişdim. 20 yanvar ərəfəsində. Bir də Ramazan Vəliyev burda Enerji Blokun sıradan çıxması barədə danışdı. O zaman enerji blokunu sıradan Moskva çıxarmışdı. 20 yanvarı ölkəmizə gətirmək üçün. Əmin deyiləm. Amma içimdə belə bir şübhə var ki, bu dəfə də enerji blokunua mina qoyublarmış. Sadəcə o dərhal yox illər sonra partlayıb. Görünür həmişə kiməsə 20 yanvar lazımdır. Olsun lap beş saatlığına.

Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar