Rusiyanın daha bir helikopteri qəzaya uğradı – Ölən və yaralananlar var

Rusiyanın daha bir helikopteri qəzaya uğrayıb.

AzNews.az RİANovosti-yə istinadən xəbər verir ki, Rusiyanın Mi-2 helikopteri Kamçatkada qəzalı eniş edib.

Verilən məlumata görə, helikopter Yelizovski rayonunda “İzluçina” bazasından “Jupanova” istirahət bazasına doğru hərəkət edib.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər göndərilib. Xilasedicilərin məlumatına görə, hadisə nəticəsində neft məhsulları ətrafa yayılıb.

Qəzalı enişdə helikopterin gövdəsi zədələnib. Helikopterdə heyət üzvü və iki sərnişin olub. Yaralılar Yelizovski rayon xəstəxanasına çatdırılıblar. Yaralılardan biri aldığı xəsarətlərdən keçinib, daha bir nəfərin də vəziyyətinin ağır olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar