Baş prokuror şimal zonasında vətəndaşları qəbul edəcək

Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların nəzərinə

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il dekabrın 4-də saat 11:00-da Xaçmaz rayon prokurorluğunun inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xaçmaz şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması İdarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar