Qandonduran olay: gənc oğlanın əllərini balta ilə kəsdilərYENİLƏNİB

Baş Prokurorluq Zaqatalada gənc oğlanın əllərinin kəsilməsi ilə bağlı məlumat yayıb. Daxil olan məlumatda bildirilir ki, Zaqatala rayon Prokurorluğunda aparılmış ilkin araşdırmalarla noyabrın 28-də rayon sakinləri Rəşad Tahirov və Araz Musayevin qabaqcadan əldə olunmuş razılığa əsasən həmyerliləri Vüsal Bəşirovla görüşüb kirayədə yaşadıqları evə apardığı məlum olub. Belə ki,həmin evdə Araz Musayevə borcu olduğu üçün V.Bəşirovu döyüb əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq həmin ünvana çağırdıqları minik avtomobili ilə şəhərin “Asma körpü” deyilən əraziyə aparıblar. Bundan sonra R.Tahirovun V.Bəşirovun ayaqlarını tutması, A.Musayevin isə özü ilə gətirdiyi balta ilə Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsərək hadisə yerindən qaçmalarına dair kifayət qədər əsaslar müəyyən edilib.

 Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.1, 120.2.2, 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıbr.

Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Musayev şübhəli şəxs qismində tutulub.

 Cinayətin törədilməsində şübhəli bilinən R.Tahirovun tapılaraq istintaqa cəlb olunması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 * * * 

Zaqatalada 26 yaşlı gəncə xüsusi amansızlıqla xəsarət yetirilib.

Noyabrın 29-na keçən gecə iki Zaqatala rayonu sakini Vüsal Bəşirovun qollarını bilək nahiyəsindən kəsiblər.

Hər iki əlini itirən Vüsal Bəşirovun atası Vahid Bəşirovun verdiyi məlumata görə, oğlu ilə yoldaşlıq münasibətləri olan Rəşad adlı şəxs axşam saatlarında Vüsalı evdən çağıraraq onunla söhbət etmək istədiyini bildirib.

Vüsalın atasının narahat olduğunu görən Rəşad ona deyib ki, oğlu ilə sadəcə hal-əhval tutmaq istəyir. Bundan sona Rəşad və onunla olan digər rayon sakini Vüsalı maşınla rayona yaxın ərazidə yerləşən asma körpü deyilən çaylağa aparıblar. Bundan yarım saat sonra isə həmin şəxslər Vahid Bəşirova zəng vuraraq, oğlunun əllərini biləkdən kəsdiklərini söyləyiblər. Eyni zamanda bildiriblər ki, əgər oğlun sağ qalıbsa indi xəstəxanaya aparılır, gedib orda görə bilərsən.

Dərhal xəstəxanaya gələn ata oğlu ilə xəstəxananın girişinda qarşılaşıb. Həkimlər ağır vəziyyətdə olan gəncə dərhal ilkin tibbi yardımlar göstərib və üzərində cərrahiyyə əməliyyatı aparıblar. Hazırda 26 yaşlı Vüsal Bəşirovun vəziyyəti ağırdır.

Cinayət zamanı şübhəli şəxslər baltadan istifadə ediblər. Atası həmçinin yeganə övladı olan oğlunun bir müddətdir vərəm xəstəliyindən əziyyət çəkdiyini də bildirib. (anspress)

* * *

Zaqatala rayonunda baş vermiş dəhşətli hadisənin təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, Zaqatala şəhər sakini 26 yaşlı Vüsal Bəşirovun əllərinə borclu olduğu şəxslər kəsiblər. Zərərçəkənin atası bildirib ki, oğlu şənbə günü Bakıdan rayona qayıdıb. Bundan xəbər tutan həmin şəxslər Vüsalı evdən çağırıblar və naməlum istiqamətə aparıblar. Bir müddət sonra oğlunun telefonuna zəng edən Vahid Bəşirova cavab verən şəxs artıq Vüsalın əllərini kəsdiklərini bildirib.

Zərərçəkənin atası bildirib ki, oğlunun həmin şəxslərə pul borcu olub və bir müddət əvvəl borcun 300 manatını qaytarıb. Borc tam ödənilmədiyindən həmin şəxslər Vüsalı izləyirmiş.

Onu da bildirək ki, V.Bəşirovun hər iki əli biləkdən amputasiya olunub. Həkimlər onun kəsilmiş əllərini bərpa edə bilməyib.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayətişi açılıb, hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı Araz Abdullayev artıq saxlanılıb. Araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar