Cəbhədə döyüşlər yenidən başladı: əsgərimiz yaralanıb

Düşmən tərəfinin təxribatı nəticəsində bir hərbi qulluqçumuz yaralanıb

Cəbhədə baş vermiş döyüşdə əsgərimiz yaralanıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənlə döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.

İlkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusu bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar