Analitiklər dollarda risk görür

Treyderlər dolların builki 11%-lik yüksəlişinin dadını çıxardırlar. Amma deyəsən "dollar qonaqlığı" başa çatmaq üzrədir. Dünyanın iri bankları olan Citigroup Inc. və Societe Generele SA dolların qalxmasının böyük hissəsinin başa çatdığını yaxın zamanlarda dolların ucuzlaşmağa başlayacağını bildirirlər.

Bankların analitikləri tərəfindən, ABŞ Mərkəzi Bankı Fed-in və Avropa Mərkəzi Bankının (AMB) rəsmilərinin atacağı addımların aydınlığı səbəbilə bəzi investorların uzun mövqelərini bağlaması və qazancı götürmələri, aşağı istiqamətli riskə dair xəbərdarlıq edilib.

Dolların altı mühüm valyuta qarşısındakı dəyərini təqib edən Intercontinental Exchange Inc.-ın ABŞ Dolları İndeksi, bu ay 3.3 faiz qalxaraq Bazar Ertəsi günü 100.120 bənd səviyyəsinə gəlib. İndeks Mart ayında, 2003-ci ildən bəri ən güclü səviyyə olan 100.390 səviyyəsinə gəlmişdi.

Analitiklər bildirirlər ki, qarşıdakı iki həftə dollardakı sərmayələr üçün təhlükə böyük dərəcədə deyil. Sonrakı dövrdə isə dolların xeyli ucuzlaşması ehtimalının güclüdür.

Qeyd edək ki, ABŞ Mərkəzi Bankı Fed 15-16 Dekabr tarixlərində keçirəcəyi toplantısında faizləri artıracağı gözlənilir. Bu gözlənti ilə əlaqədar olaraq Dollar bahalaşır. Dolları bahalaşdıran digər bir amil isə Avronun ucuzlaşamsıdır. Avropa Mərkəzi Bankının 3 Dekabrdakı toplantısında pul siyasətini daha da yumuşladacağı gözlənilir. Bu gözlənti də Avronun ucuzlşamasına səbəb olur. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar