İki hakim 2 azyaşlı uşağı evsiz qoyub - Göycaydan ŞİKAYƏT

Cavid Qurbanova isə korrupsiya faktları göndərilib

Göyçay rayonunun Potu kəndində yaşayan Allahverdiyeva Ülviyyə Əli qızı "AzPolitika.info" saytı vasitəsilə dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya şikayət məktubu ünvanlayıb. Həmin məktrubu qısa ixtisarla və zəruri redaktə ilə dərc edirik:

"Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm. Xahiş edirəm iki körpə uşaqla məni qanunsuz olaraq evsiz qoymuş Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin barəsində tədbir görülməsinə göstəriş verəsiniz.

Belə ki, Allahverdiyev Müşfiq Ağayusif oğlu ilə 29 noyabr 2005-ci il tarixdə el adəti ilə toy edib, ailə həyatı qurmuşduq. Həmin vaxtdan da Müşfiqin yaşadığı atasına məxsus Göyçay rayonu Bakı küçəsi 5 nömrəli evdə yaşamaqla, həmin ünvanda daimi qeydiyyata düşmüşəm. Hər iki övladımız həmin evdə doğulub və orada qeydiyyatdadırlar. Müşfiq ailəyə baxmadığı və başqa qadınla yaşadığı üçün aramızda narazılıq yarandı. Buna görə Müşfiq boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etdi.

Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyev heç bir müddət təyin etmədən ilk məhkəmə iclasında nigahımızın xitam edilməsinə dair 22 may 2015-ci il tarixdə qətnamə çıxardı. Bundan sonra isə mənim iki azyaşlı uşağımla hazırda da qeydiyyatda olduğum Göyçay rayonu Bakı küçəsi 5 nömrəli evə köçürülməyimiz üçün təqdim etdiyim iddiamın təmin edilməməsinə dair 31 iyul 2015-ci il tarixdə qətnamə çıxardı.

Həmin qətnamədən verdiyimiz apellyasiya şikayətini isə Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli 22 oktyabr 2015-ci il tarixdə çıxardığı qətnamə ilə təmin etmədi.

Bütün bunları məhkəmə genosidi hesab edirik. Hakimlər Fərhad Əfəndiyev və Mahir Əsədli bu qanunsuzluqları öz şəxsi maraqları hesabına həyata keçirməklə, iki azyaşlı uşağın həyatını məhv etmişlər. Onların belə qərar vrməsində Müşfiqin qardaşı Anar Allahverdiyevin korrupsiya yolu ilə qazandığı pulların rolu olduğunu düşünürəm.

Hər iki hakim öz qanunsuz qətnamələrini 2009-cu il tarixdə qəbul edilmiş qanunla əsaslandırıblar. Ancaq nəzərə almayıblar ki, bu qanun 2009-cu il tarixdən  sonra ailə həyatı qurmuş şəxslərə aid edilməlidir. Biz isə bu qanundan əvvəl - 29 noyabr 2005-ci il tarixdə ailə həyatı qurmuşuq. Bildirirəm ki, birgə nigah dövründə həyat yoldaşım Müşfiq 100.000 manatdan çox dəyəri olan avtomobil almış, boşanmaq ərəfəsində həmin avtomobili öz adından çıxararaq, atasının adına sənədləşdirmişdir ki, bunu təsdiq edən sənədlər var. Bunuda ona görə etmişdir ki, bahalı avtomobilin dəyərinin yarısı bizə düşməsin.

Hazırda atamın evində çox acınacaqlı darısqal şəraitdə iki azyaşlı uşağımla əziyyət çəkərək yaşayırıq. Qeyd edim ki, keçmiş həyat yoldaşım Müşfiqin qardaşı Anar Allahverdiyev Azərbaycan Respublikasının Dəmir Yolu İdarəsinin bazasında vəzifədə işləyir. Anar Allahverdiyevin aylıq əmək haqqı 300 manat olduğu halda, onun 500.000 manat qiyməti olan "Bentley" markalı avtomobili alması, İsmayıllı rayonunun Talış kəndində çox dəyərli möhtəşəm villa inşa etdirməsi, Bakı şəhərində möhtəşəm villa alması, qardaşına 100.000 manatdan çox dəyəri olan avtomobil alması ciddi araşdırılmalıdır.

300 manat əmək haqqı ilə milyonlarla dəyəri olan əmlakları əldə etmək qeyri mümkündür. Həmin əmlakları Anar Allahverdiyev başqalarının adına sənədləşdirmişdir.

Azərbaycan Respublikasının Dəmir Yolu İdarəsinin rəisi cənab Cavid Qurbanovun bu korrupsiya ehtimalı yaradan faktları araşdırmasına zərurət var.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və millət vəkili Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm ki, öz şəxsi maraqları naminə azyaşlı uşaqlarımı evsiz qoymuş, çöllərə salmış Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin və Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin barəsində qanuni tədbirlər görəsiniz.

Belə hakimlərin Azərbaycan Respublikası adından qərar çıxarması ölkəmizin adına ləkədir. Xahiş edirəm bizə kömək edin, haqq-ədalət yerini alsın.

Azərbaycan Respublikasının Dəmir Yolu İdarəsinin rəisi cənab Cavid Qurbanovdan da xahiş edirəm ki, Dəmir Yolu İdarəsinin bazasında vəzifədə işləyən əməkdaşı Anar Allahverdiyevin korrupsiya əməlləri ciddi araşdırılsın, başqa şəxslərin adına sənədləşdirdiyi milyonlarla dəyəri olan əmlakları hansı yolla aldığı öyrənilsin və barəsində qanuni tədbirlər görülsün".

P.S. Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar