Putin Ərdoğanla görüşdən imtina edib

Rusiya prezidenti Vladimir Putin Parisdə iqlim dəyişikliyi məsələsinə həsr olunan sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyəcək.

APA-nı TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Ərdoğanla görüş planlaşdırılmır, belə bir görüşdən söhbət getmir. Görüş olmayacaq”, - deyə o, söyləyib. D. Peskov iki prezident arasında telefon danışığını da istisna edib: “Hələlik Putinin qrafikində hər hansı belə əlaqə yoxdur. Başqa şərh vermək istəməzdim”.

D. Peskov sammitdə ABŞ prezidenti Barak Obama ilə Putin arasında görüş keçiriləcəyini də əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar