“Türk ordusunu həmişəlik məhv edəcəyik” – Jirinovskidən müharibə çağırışı

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Rusiya-Türkiyə müharibəsinin qaçılmaz olduğunu bildirib.

“AzPolitika”nın məlumatına görə, Rusiyanın “Perviy” telekanalında yayımlanan “Politika” verilişinin noyabrın 29-da yayımlanan buraxılışında, həmişəki kimi Türkiyəyə qarşı aqressiv çıxışı ilə fərqlənən Jirinovski, Türkiyəni Rusiyanın 1 nömrəli düşməni adlandırıb.

“Bilməliyik ki, biz 600 ildir bu ölkə ilə döyüşürük. 1 nömrəli düşməndir. Faşist Almaniyasından, İŞİD-dən də pisdilər. Birdəfəlik məhv etmək lazımdır!”

Jirinovski Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları düzgün adlandıırıb, lakin əlavə edib ki, hərbi cavab da olacaq. Sitat: “Güc yolu ilə cavab isə Türkiyəyə yeni il hədiyyəsi olacaq! Biz onlara sənaye qurmuşuq. Onların heç nəyi yox idi. Geridəqalmış Asiya dövləti idi. Yüklərini eşşəklə daşıyırdılar.”

Jirinovski daha sonra bildirib ki, nüvə müharibəsi ilə heç kimi qorxutmaq lazım deyil. “Nüvə müharibəsi heç vaxt olmayacaq. Lakin Türkiyəyə güclü zərbə endirmək lazımdır. Biz türk ordusunu həmişəlik məhv edəcəyik. Sonuncu rus Türkiyəni tərk edəndən sonra biz bu zərbəni endirəcəyik”.

V.Nəsibov

P.S. Xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl Azərbaycan hakimiyyəti türk düşməni olan bu təlxəyi Azərbaycana dəvət etmiş, ona əziz qonaq kimi hörmət-izzət göstərmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar