“Heç kim bizdən üzr gözləməsin” - Əhməd Davudoğlu

“Rusiya təyyarəsinin vurulması özünümüdafiə addımı idi, ordumuz vəzifəsini yerinə yetirdi”

“Heç bir dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirdiyi üçün üzr istəməz”.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra deyib. Ə. Davudoğlu bildirib ki, Türkiyənin hava məkanı ölkənin suverenliyinin bir hissəsidir: “Rusiya təyyarəsinin vurulması özünümüdafiə addımı idi. Heç bir ölkə öz vəzifəsini yerinə yetirdiyi üçün üzr istəməz. Ordumuz öz vəzifəsini yerinə yetirdi. Heç bir ölkə öz işimizi yerinə yetirdiyimiz üçün bizdən üzr gözləməsin”.

Ə. Davudoğlunun sözlərinə görə, Türkiyənin gərginliyi artırmaq niyyəti yoxdur: “Hər səviyyədə Rusiya ilə görüşlərə hazırıq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar