Türkiyə Rusiyanın sanksiyalarına belə cavab verdi - Yeni konsorsium təsis olunur

Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan konsorsium təsis edir

Azərbaycan, Türkiyə, GürcüstanQazaxıstan yük daşınmaları məqsədi ilə konsorsium təsis etmək haqqında qərar qəbul ediblər.ANS PRESS-in məlumatına görə, belə bir qərar İstanbulda “Logitrans” nəqliyyat-lojistik beynəlxalq sərgi çərçivəsində baş tutan görüşdə verilib.

“Gürcüstan Dəmir Yolları”nın mətbuat xidmətinin yaydığı məlumata görə, konsorsium yaradılmasında əsas məqsədlərdən biri Çindən Avropaya yük daşınmalarını asanlaşdırmaqdır.

Razılaşma “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycanın “Karvan lojistik” şirkəti ilə yanaşı Çinin "Mishgeng Logistics" şirkəti, “Qazaxıstan Dəmir Yolları”nın törəmə “KTJ ekspress” müəssisəsi, həmçinin “Gürcüstan Dəmir Yolları”nın törəmə strukturu "Trans Caucasus" Terminals ilə əldə olunub.

Türkiyə tərəfi konsorsiumda assosiasiyalaşdırılmış üzv kimi təmsil olunacaq.

Layihəyə əsasən 2016-cı il ərzində Gürcüstan ərazisindən keçərək Çindən Türkiyə və Avropa istiqamətində bir neçə min konteynerin daşınması planlaşdırılır. Həmçinin növbəti ildən etibarən Ukraynadan keçərək Şimali və Şərqi Avropaya yüklərin daşınması nəzərdə tutulur.

Türkiyə, Gürcüstan, Azərbaycan və Qazaxıstan nəqliyyat dəhlizi

Bütün bu layihələr “Çin-Türkiyə-Avropa” transxəzər nəqliyyat marşrutunun imkan və perspektivlərinin təqdimatı zamanı əldə edilib."İpək yolu"nun bərpasına xidmət edən bu layihələr Azərbaycanı beynəlxalq yüklərin daşınmasında tranzit ölkəyə çevirir. Bu il iyulun 28 -da ilk dəfə Çindən Azərbaycana yola çıxan sınaq konteyner qatarı Ələt limanına çatıb. Tədbir Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çin dəmir yolu təşkilatlarının birgə təşəbbüsü ilə baş tutub.

Sözügedən sınaq konteyner qatarı 82 ədəd 20 tonluq konteyner daşıyır, daşınan yük isə kaustik sodadır. Bu təyinatlı yüklər alternativ marşrutlarla əvvələr 25-40 gün müddətində Bəndə-Abbas və Poti limanları vasitəsilə daşınırdı. Bütün bu layihələr gələn il işə düşəcəkBakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyətini artırır.

Hazırki razılaşma isə Rusiya və Türkiyə arasında münasibətlərin gərginləşdiyi bir vaxtda əldə olunub. Nəzərə alsaq ki, iki ölkə arasında gərginlik hələ sona çatmayıb, bu Türkiyənin Rusiyaya qarşı yeni iqtisadi zərbəsi ola bilər. Dövlətlərin yerləşdiyi ərazilərə nəzər saldıqda onların hər birinin Rusiya ilə sərhəd olduğunu görmək olar.

Amma əldə olunan razılığa əsasən Çindən daşınan yüklər Rusiya ərazisindən yan keçəcək. Əvvələr isə Rusiya Çindən Mərkəzi Asiya vasitəsi ilə Avropaya daşınan yüklərini çoxu Rusiya ərazisindən keçirdi.

Gərginləşən münasibətlər fonunda bir neçə gündür ki, Rusiya Türkiyəyə sanksiyalar tətbiq edir. Türkiyə isə hadisələri soyuqqanlılıqla izləyirdi. Amma hazırda əldə olunan razılaşma ilə Türkiyə Rusiyanın tətbiq etdiyi sanksiyalara cavab vermiş oldu. Rusiya prezidenti Vladimir Putinin imzaladığı son sərancama görə, Türkiyənin nəzarət etdiyi altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır. Həmçinin Rusiya uçuşları dayandırmaqla bərabər Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalını dayandırıb. Qonşu ölkələr arasında gərginliyə səbəb isə Türkiyənin Rusiyaya məxsus qırıcını vurması olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar