ÜST indiyədək QİÇS-dən ölənlərin sayını açıqlayıb

Son 34 ildə dünyada təxminən 34 milyon insan İİV infeksiyasından dünyasını dəyişib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabatda bildirilir.

Hesabata əsasən, 2013-cü ildə 2,1 milyon insanda İİV virusu aşkarlanıb ki, bunun da 240 mini uşaq olub. Ümumilikdə 1,5 milyon insan bu xəstəlikdən ölüb. Keçən il isə dünyada 2 milyon yeni xəstə qeydə alınıb ki, onlardan 220 mini uşaqdır. 1,2 milyon insan isə həyatını itirib.

Qeyd edək ki, ÜST BMT-nin dəstəyi ilə 1 dekabrı Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edib. Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) olan xəstəlik insanların İİV-ə yoluxması ilə başlayır. Nəticədə insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur. Dünyada QİÇS-dən vəfat edənlərin sayı milyonlarla ölçülür. ABŞ-ın Los-Anceles şəhərində 1981-ci ildə ilk dəfə bir qrup homoseksualda rast gəlinən xəstəlik Azərbaycanda 1987-ci ildə aşkarlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar