RUSİYA TƏYYARƏSİ YENİDƏN VURULARSA, NƏ BAŞ VERƏCƏK? - Türkiyə Putinin sevimli mexanizmini qarışdırdı

Rusiyanın “SU-24” təyyarəsinin Türkiyənin iki “F-16” təyyarəsi tərəfindən vurularaq düşürülməsi hadisəsini, nəzəri baxımdan müxtəlif cür izah etmək olar. Məsələyə baxış nöqteyi-nəzərlərindən asılı olaraq, bunu Türkiyə tərəfinin özünü qoruma aktı və yaxud aqressiya kimi də təqdim etmək mümkündür. Amma Vladimir Putin və onun Rusiya Kütləvi İnformasiya Vasitlərindəki tərif yağdıranları üçün, yanız bir məsələ mühümdür: burada hansı izahdan istifadə edilməlidir? (The Washington Post)

İstənilən dövrlər üçün Rusiya KİV-lərinə diqqətlə baxsaz, siz oradakı xəbərlərin özünəməxsus qanunauyğunluqla təqdim edilməsini aydın görə bilərsiniz. Rusiya televiziyasının xəbərlər proqramının yanaşma metodikasına görə, heç nə elə-belə baş vermir. Hər bir hadisə böyük miqyaslı tarixin və əsasən də Rusiyaya qarşı yönəlmiş hansısa sui-qəsd nəzəriyyəsinin bir parçası kimi verilir. Proqramın ilkin başlanğıcında həmin materialların içərisinə müəyyən həqiqət elementləri qatırlar, lakin sonrakı mərhələdə təqdim etdikləri xəbərlərin ümumi süjet xətti ilə uyğun gəlməsi üçün hər şeyi uydurulmuş virtual reallığın köməyi ilə təhrif edirlər.

Son iki ildə biz bu prosesin bir neçə versiyada necə cərəyan etdiyini görmürşük. Yaxşı bəllidir ki, Kreml dəfələrlə Ukraynadakı Avromaydan nümayişlərini nasizmin dirçəldilməsi adlandıraraq, bunun NATO tərəfindən dəstəkləndiyini bidirirdi. Rusiya xarici işlər naziri Almaniyanı Kiyevdəki “qəyhvəyi inqilab”ı müdafiə etməkdə ittiham edib. Rusiya televiziyasının əyləncəli vətənpərvərlik şou proqramlarında rusiyalı motosikl bayker dəstələri ilə “ukraynalı faşistlər” arasında svastika və NATO simvolları uğrunda fantastik döyüşlər getdiyi barəsində video çarxlar nümayiş etdirirdilər.

Hətta seçkilər nəticəsində hakimiyyətə mərkəzçi qüvvələrin nümayənədləri gəldikdə və azlıq təşkil edən radikal sağ partiyalar Ukraynada ciddi təsir imkanlarını itirdikdə də həmin təbliğatın səciyyəsi qətiyyən səngiməyib. Belə təbliğat NATO-nun Ukraynanı hərbi vasitələrlə müdafiə etməkdən imtinasından sonra da davam olunurdu.

Rusiya Suriyada bombalama əməliyyatına başlayanda Putin otralığa yeni konsepsiya buraxdı. Senyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı, o bütün ölkələri, öz sıralarında ən müxtəlif gücləri birləşdirəcək və nasistlər kimi insanlığa nifrət bəsləyənlərə, hər tərəfə qəddarlıq toxumu səpənlərə qarşı mübarizəyə hazır olan anti-Hitler koalisiyasına bənzər anti-terror koalisiyasının yaradılmasına çağırırdı. Bu dəfə düşmənlər ukraynalılar deyil, terrorçular idi. Vətənpərvərlik ideyası yayan televiziya kanalları xəbərlərində terrorçuların obyektlərinə qarşı necə effektli zərbələr vurulduğunu nümayiş etdirməyə başlamışdılar. Belə təbliğat, hətta ruslar tərəfindən İŞİD-in deyil, Bəşər Əsədin bütün rəqiblərinin bombalanması başa düşüləndə də davam etdirilirdi.

Sözsüz ki, Rusiya KİV-ləri özlərinin əvvəlki xəstə təxəyüllü ideyalarından əl çəkməyiblər. Onlar sadəcə olaraq, faktları bir yerə yığıb, ümumi bir mənzərə yaradırlar. Rusiya dövlət televiziyası iddia edir ki, Ukrayna İŞİD-ə silah göndərir. Digər tərəfdən isə Rusiya Müdafiə Nazirliyinə məxsus televiziya kanalı isə bildirir ki, İŞİD yaraqlıları Ukrayna ərazisində təlim keçirlər.

Hal-hazırda Türkiyə vəziyyəti mürəkkəbləşdirib. Vurulmuş rus təyyarəsi nəyi ifadə edir - NATO ilə “nasistlərin” Rusiyaya qarşı təcavüzünün bir parçasınımı? Əgər belədirsə, onda Rusiya NATO–ya qarşı cavab tədbiri görməlidir. Bəlkə, bu Rusiyaya qarşı yönəlmiş terror sui-qəsdinin tərkib hissəsidir? Belə olması isə çox qəribə deyilmi? Axı, Türkiyə terrorçulara qarşı mübarizə apardığını bildirir.

Hələlik Rusiya ikinci variantı seçib. NATO məsələsini kənara qoyublar. Putin deyir ki, yalançı dost və terrorçulara kömək bəsləyən Türkiyə bizə arxamızdan zərbə vurub. Rusiya ekspertlərindən biri isə dövlət televiziyası ilə “Türkiyə İŞİD-i xilas edir” deyib.

Alternativləri nəzərə alıb söyləmək olar ki, bu yaxşı xəbərdir. Bu onu göstərir ki, Rusiya çox çətin ki, türklərə hərbi vasitələrlə cavab zərbəsi vuraraq, NATO-nu münaqişəyə qoşsun. Hal-hazırda Putin hələ də Suriydakı geniş koalisiya qüvvələrinin üzvü olmağa ümid edir. Ona görə də, o Suriyadakı müharibənin sona çatmasına yönəlmiş Qərbin diplomatik səylərində müəyyən rol oynamağı da arzulayır. Ümumiyyətlə isə, ona öz ölkəsinə beynəlxalq arenada təsir imkanına malik super dövlət statusunu qaytarması ilə bağlı söhbətlər salması üçün müəyyən dəlil-sübutlar lazımdır.

Ancaq bunlar tarixin sona çatması anlamına gəlmir. Bəs, əgər yeni itkilər olarsa və ya Rusiya təyyarəsi yenidən vurularsa, onda nə baş verəcək? Əgər Suriya müharibəsi Moskvanın istədiyi kimi getməzsə və Rusiya populyarlığını itirərsə nə olcaq? Onda gərək Rusiya öz uğursuzluğunun səbəblərini izah etsin. Daha doğrusu isə onlar öz izahetmə metodikalarını yenidən dəyişməlidirlər. Belə olan təqdirdə NATO–nun qəddar məxluq kimi təqdim olunması tam yerinə düşən ideya olar. Bu məsələdəki yeganə sual ondan ibrətdir ki, görəsən Rusiya bütün bunlara necə cavab verəcək: virtual reallıq vasitəsi ilə, yoxsa real həyatla.

Çevirdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar