Ramil Usubovdan rəis təyinatı

Zərdab Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinə yeni rəis təyin olunub.

AzNews.az-a daxil olan məlumata görə, iki gün öncə bu vəzifəyə daxili işlər naziri Ramil Usubovun əmri ilə polis mayoru Rəşad Xəlilov gətirilib. Rəşad Xəlilov bu təyinata qədər bölmənin rəis müavini vəzifəsində çalışırmış.

Qeyd edək ki, noyabr ayının əvvəlində daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Zərdab rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Müşfiq Əmirov tutduğu vəzifədən azad edilərək Füzuli rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi təyin etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar