İlkin dini təhsil də Azərbaycanda alınmalıdır - Qaydalar sərtləşdirilir

Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi dini təhsil sahəsində təkliflərlə çıxış edəcək

“Dini etiqad azadlığı haqqında qanuna müxtəlif əlavə və dəyişikliklər edilməlidir. Bu dəyişikliklərlə dövlət-din münasibətlərində Azərbaycana məxsus modeli daha da təkmilləşdirməliyik”.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, kimlərinsə din adı altında milli maraqlara, dövlətə, milli ideologiya olan azərbaycançılığa zidd fəaliyyət göstərməsinə imkan verilməməlidir: “Bizi birləşdirən azərbaycançılıq vahid ideologiyadır. Bizim milli kimliyimiz, dinimiz var və dinə münasibət də həmişə dövlət tərəfindən müdafiə olunub. Ölkəmizdə dini etiqad azadlığı var, hətta dövlət tərəfindən dini icmalara yardımlar edilir. Belə olan şəraitdə kimlərsə din adı altında öz məqsədlərini həyata keçirmək istəyirlərsə, bu, yolverilməzdir”.

M. Qurbanlı komitənin dini təhsil sahəsində təkliflərinin olduğunu söyləyib: “Azərbaycanın dini ayinlər icra olunan məbədlərdə, məscidlərdə, qeyri-islami ocaqlarda bu və ya digər dini ayin icra edən şəxs mütləq ilkin dini təhsili Azərbaycanda almalıdır. Çünki bəziləri 5-10 il başqa ölkələrdə təhsil alıb, sonra gəlib təkrar burada təhsil alır, deyirlər ki, bəli, Azərbaycanda dini təhsil almışam. Bu da məntiqli deyil. İlkin dini təhsildən sonra hansısa ölkəyə yüksək dini təhsil almaq üçün getməyi də sistemləşdirmək lazımdır. Din-dövlət münasibətlərində elə bir model tətbiq olunmalıdır ki, burada kimlərsə dini siyasiləşdirməsin, dindən sui-istifadə edə bilməsin”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar