Paris qətliamının səbəbkarı Suriyaya qaçıb

Paris hücumunu təşkil edən terrorçulardan birinin Suriyaya qaçdığı iddia edilir.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Amerikanın CNN telekanalında yer alıb.

Noyabrın 13-də Fransanın paytaxtı Parisdə 130 nəfərin öldürüldüyü qətliamı təşkil edən terrorçulardan biri Saleh Əbdeslamın Suriyaya qaçdığını bildirilir.

Bu barədə məlumatı telekanala istintaqa yaxın olan bir nəfər şəxs ötürüb.

S.Əbdeslam haqqında beynəlxalq həbs qərarı çıxıb.

Qeyd edək ki, Paris hücumlarını İŞİD terror təşkilatı öz üzərinə götürmüşdü.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar